Almaniya prezidenti Rusiyaya səfərdən imtina etdi

Almaniyanın federal prezidenti Yoahim Qauk Rusiyaya səfərdən imtina edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Y.Qauk bunu “Rheinische Post” qəzetinə müsahibəsində bildirib.

“Prezidentlik dövrümün lap başlanğıcından bəri mən planlaşdırırdım ki, Rusiyaya gedim və tərəfdaşlarımızla bizi nəyin birləşdirdiyi və nəyin ayırdığı barədə danışıqlarda iştirak edim. Rusiya tərəfi ilə aramızda səfərin müddəti barədə danışıqlar olmuşdu. Amma indi vəziyyət müəyyən qədər gərginləşib və mənim Rusiyaya səfərimlə bağlı məsələ hazırda gündəmdə yoxdur”, - deyə Y.Qauk qeyd edib.

O bildirib ki, Rusiyaya tənqidi münasibəti atasının Sibirdəki islah düşərgəsində saxlanılması ilə bağlı yox, məhz indiki Rusiya hakimiyyətinin siyasəti ilə bağlıdır.

Qeyd edək ki, Y.Qaukun atası Vilhelm Yoahim Qauk Qərb ölkələrinə casusluq ittihamı ilə 1951-55-ci illərdə Sibirdə sürgündə olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar