"Star Rafineri" bu il 4,5 mln. ton neft emal edib

Bu il (avqustun sonunadək) SOCAR-ın Türkiyədəki "Star Rafineri" neft emalı zavodunda (NEZ) 4,5 mln. ton xam neft emal edilib.

"APA-Economics"in məlumatına görə, bunu NEZ-in rəhbəri Mesut İlter Əliağada keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ilin sonunadək bu rəqəmin 7,5 mln. tona yüksəlməsi nəzərdə tutulur.

M. İlter qeyd edib ki, cari ilin sentyabrından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Onun sözlərinə görə, bu il zavodda emal edilən neftin 90%-i Rusiyanın “Urals” markalı neftinin payına düşüb.

Qeyd edək ki, "Star Rafineri" neft emalı zavodu ötən ilin oktyabr ayında istifadəyə verilib. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln yaxın) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsullarıdır təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. Bu ilin sonunadək müəssisə 4 mln. ton dizel, 1 mln. tona yaxın təyyarə yanacağı, 1 mln. ton nafta, 700 min ton reformat istehsal etməyə planlaşdırır. Lakin 2020-ci ildən etibarən "Star" ildə 10 mln. ton neft emal edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar