Mübariz İbrahimovu təhqir edən psixoloq həbs ediləcək - Ekspertiza rəyi

Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.

Xətai rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə keçirilən ekspertizanın rəyi məlum olub.

Rəydə məlum olub, Nərmin Şahmarzadənin Mübariz İbrahimov haqqında yazdıqları onun şərəfini ləkələyən, nüfuzdan salan məlumatdır.

Keçirilən prosesdə cavabdeh kimi Nərmin Şahmarzadə gəlməyib.

Ş.İbrahimovanın vəkili Ramil Rüstəmov buna etiraz edib, bunu məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirib.

Hakim Cavid Hüseyn deyib ki, əgər növbəti məhkəmə iclasına da gəlməsə, N.Şahmarzadənin haqqında məcburi gətirilmə qərarı çıxarılacaq. Növbəti iclas isə oktyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra Facebook profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib.

Məhkəmədə N.Şahmarzadənin həbsi tələbilə üç nəfər - Fövqəladə Hallar Nazirliyinin mayoru Araz Musayev, vəkil Ramil Rüstəmov və Şamama İbrahimova olsa da, onlardan ancaq Milli Qəhrəmanın anasının şikayəti icraata götürülüb. R.Rüstəmov hazırda bu işdə Ş.İbrahimovanın nümayəndəsi və vəkili kimi iştirak edir.

635x100

Şərhlər

dadaşyev 2019-10-10 13:11:51

Xanım bu məsələyə hissi yanaşıb bir qadın kimi.Amma səngərdə düşmənlə üzüzə dayanmış əsgər hissiyyata qapılmır təbii ki,hissiyyata qapıldısa fəlakət olar.Əsgərin beynində bir tək fikir hakim olur,ay xanım:qarşındakı düşməndir və sən onu öldürməsən o səni öldürəcək.Atəşkəs rejimi də müharibənin sona çatması demək deyil.Mübariz sözsüz böyük qəhrəmandır və qalibiyyətimiz üçün belə oğullara böyük ehtiyacımız var.Statusundakı bir cümlən isə düşündürücüdür;yazırsan "Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman".Ona görə düşündürücüdür ki,atəşkəs pozulub deyə o zaman hamı şokdaydı,amma məsələyə dərhal Ərdoğan qarışıb ona qəhrəman dedi....

Edalet 2019-10-10 13:11:51

.....Bu torpagin coreyi ona haram olsun!

Bashirov Qarib 2019-10-10 13:11:51

Mən biləni, Mubarizin anası artıq vəfat edib.Sag olsunlar vəkilləri ki, işi davam etdirirlər. Pisxoloqa ehtiyacı olan bu pisxoloq qız həbs olunmalıdır ki, başqaları da ibrət götursun.

Son yazılar