PKK Xocalı qətliamının şəklini yayıb, Türkiyəyə böhtan atdı – Foto

Türkiyə ordusu Suriyada antiterror əməliyyatlarına başlayan kimi, PKK terrorçuları iyrənc əmələ əl atıb. Avropa.info xəbər verir ki, Türkiyənin cənub sərhədində qurulmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və sabitliyi gətirmək məqsədi daşıyan "Barış Pınarı" hərəkatının başlamasıyla terror təşkilatına yaxın hesabların sosial şəbəkədə manipuliyasiya və dezinformasiya fəaliyyəti başlayıb.

Terrorçular tarixdəki qətliamlardan fotoları sosial şəbəkələrdə yayaraq, həmin hadisələrin Türkiyə ordusunun "Zeytun budağı" və "Fərat qalxanı" əməliyatında gerçəkləşdirildiyi iddiasını irəli sürüb.

Sosial şəbəkədə yayılan həmin fotolarda sözlər yazılıb: "Türkiyənin əvvəlcədən etdiyi budur. Yenidən etməyəcəyinimı düşünürsünüz?"

Məsələ bundandır ki, terrorçuların yaydıqları bu foto 1992-ci ilin fevralın 26-da ermənilərin Xocalıda törətdikləri qətliamın şəklidir.

Qeyd edək ki, terror təşkilatı tərəfdarlarının "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları sırasında dünya miqyasında baş verən savaş və qətliam fotolarını sosial şəbəkələrdə yayaraq, manipulyasiya və dezinformasiya məqsədilə istifadə etdikləri ortaya çıxmışdı.

Axar.az xəbər verir ki, “Sülh çeşməsi” əməliyyatının başlanmasından etibarən terror qruplaşmasını dəstəkləyənlərə aid sosial şəbəkə hesabları, yaradılmış saxta hesablar dezinformasiya axını yaradıb.

Belə ki, sözügedən sosial şəbəkə hesabları olduqca aktiv şəkildə Suriyada əvvəlki illərdə çəkilmiş dəhşətli müharibə görüntülərini paylaşaraq, bu halların Türkiyənin yenicə başlatdığı “Sülh çeşməsi” əməliyyatı zamanı yaşandığını iddia ediblər.

YPG-PKK tərəfdarlarına aid hesablar əsasən 2016-cı ilin avqustunda rus ordusunun İdlibə hücumu və Hələbdə 2014-cü ilin mayında baş vermiş qanlı hadisələr zamanı çəkilmiş görüntüləri paylaşmaqla çirkin təbliğat aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar