Daha iki tikinti şirkətinin fəaliyyəti dayandırıldı - Foto

Dövlət Əmək Müfəttişliyi Xidməti sentyabrın 19-da bəzi iş yerlərində yoxlamalar aparıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Media forum” saytına verilən məlumata görə, yoxlamalar zamanı “Alpina” MMC və “Qaraçay” MMC-yə məxsus tikinti obyektində çalışan işçilərin onların həyat və sağlamlığı üçün təhlükəli, bədbəxt hadisələrin baş vermə riskinin qarşısının alınması üçün zəruri tədbirlərin görülmədiyi, əməyin mühafizəsi qaydaları və normalarının ciddi şəkildə pozulduğu şəraitdə işlədikləri aydın olub.

Qeyd olunur ki, təhlükəli iş şəraitində işləmələrinə baxmayaraq işçilər əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmayıblar.

Bununla yanaşı işçilərin əksəriyyətinin işəgötürənlə əmək münasibətləri rəsmiləşdirilmədən qanunsuz şəkildə əmək fəaliyyətinə cəlb olunduğu, onların əməyinin qiymətləndirilməsi və ödənilməsinin, iş vaxtı müddətlərinin müəyyən edilməsinin qanunvericiliyə zidd formada həyata keçirildiyi aşkar edilib.

Aşkar edilən hüquq pozuntularına görə bu tikinti obyektlərində işlər nöqsanlar aradan qaldırılan vaxtadək dayandırılıb. Şirkətin rəhbərliyinə əməyin mühafizəsi qayda və normalarının kobud şəkildə pozulduğu, işçilərin qeyri-qanuni işə cəlb edildiyi barədə göstərişlər verilib və protokol tərtib edilib.

[gallery columns="2" link="file" ids="55889,55890,55891,55892"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar