"Müxalifət 1 milyon insanı məcburi köçkün vəziyyətinə salıb" - "Qaçqınkom" sədri

"Müxalifət düşünməlidir ki, onların fəaliyyəti nəticəsində bu gün 1 milyon insan məcburi köçkün vəziyyətində yaşayır".

"Report" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Milli Şuranın keçirdiyi piket zamanı videomüsahibə verərək evsiz olduğunu deyən məcburi köçkünün yalan danışdığı məlum olub: "Biz bununla bağlı araşdırma apardıq. Həmin şəxsin Zəngilan rayonundan olan məcburi köçkün Yaşar Cəlilov olduğu məlum oldu. Ona və ailə üzvlərinə ev verilib".

Komitə sədri vurğulayıb ki, bu gün ən ağrılı problemlərdən biri köçürülmə ilə bağlıdır: "Bununla bağlı ölkə başçısının tapşırığına əsasən işlər görülür. Komitədə bununla bağlı komissiya yaradılıb. Biz köçürülmə zamanı daha çox yataqxanalarda, pansionatlarda, məktəblərdə, bağçalarda, zirzəmilərdə qalanlara üstünlük veririk. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən zirzəmilərdə yaşayan 300-ə yaxın ailə mənzillərlə təmin olunub. Amma çox təəssüflər olsun ki, yenə də bu kateqoriyadan olan ailələr var”.

635x100

Şərhlər

yalçın 2019-10-10 14:26:36

müxalifət yox, mənsub olduğun sovetokratiya, vassal rusokratiya..

t.ədalət 2019-10-10 14:26:36

Gəlin,Rusiyanın regionda törətdiyi cinayətləri özümüzkülərin ayağına yazmayaq.Belə informasiyalar ermənilərə sərf edir.İrəvandan qovulan yüz minlərlə azərbaycanlılar,görəsən kimə görə deportasiya olunub?Onu da müxalifətin adına yazaq?

qaçqın 2019-10-10 14:26:36

Rövşən müəllim heş qaçqınların dərdini bilmir. Yığıb başına işi bilməyən, qohum əqraba şuşalıları/ Qaçqınkomu elə günə qoyublar ki,dava qırğından ora yaxın düşmək belə olmur.İndi də Qaçqınkomda şuşalılar at oynadır. Keçən il gizli ictimai şura təyin etdi. Qorxudan şuraya seçki belə keçirtmədi.Dost tanışlardan ictimai şura düzəltdi. Həqiqətən evə ehtiyacı olanlar ona əlbəəl ərizə versələr də onları itirib axtaran yoxdur. Rövşən müəllim getsin qaçqınkomda qayda qanun yaratsın.

EJDER 2019-10-10 14:26:36

MALADES,QAJQINNIN TORPAQINI QAYTARA BILMIRSINIZ,CEKILIN QIRAQA,NAQIL DANIWMAYIN.BIR QAJQIN EVSIZ QALMAYAJAQ...ANADAN OLANA QAJQIN STATUSU VERILIR,LAP GULMELIDI.UC MILYONA YAXIN QAJQINIMIZ VAR

Sus 2019-10-10 14:26:36

Rövşən əkə belə yozmalar sənin nəyinə lazımdır? Ondansa sən get ABŞ-a gör sanksiya qoya bilərsənmi?Kəs onların səsini.Bir də çınqlarını çıxarmasınlar.

Bashirov Qarib 2019-10-10 14:26:36

Rövşən muəllim,həmin qaçqın ev istəmirdi.Deyirdi ki,mən torpaqlarımızı istəyirəm,öz torpaqlarımızda basdırılmaq istəyirəm. Bu onun istəyidir, arzusudur və dilə gətirir.Onun nə vaxt qaçqın duşduyu də məlumdur.Amma siz ona olunan qaygıdan danışırsınız. O nə vaxt dedi ki mənə ev verilsin.

Son yazılar