«Suriya üzərindəki hava məkanı ABŞ-a məxsus deyil» - Ərdoğan Trampa cavab verdi

Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyip Ərdoğan «Yeni Şafak» qəzetinə verdiyi müsahibədə bəyan edib ki, Ankara 1998-ci ildə Türkiyə və Suriya hakimiyyətləri arasında imzalanmış sazişə əsasən, Suriya ərazisində «Sülh bulağı» əməliyyatını həyata keçirmək üçün tam hüquqlara malikdir.

Türkiyə lideri bununla Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın «bu əməliyyatın ikinci mərhələsini başlatmaq barədə Ərdoğanın qərarını pis ideya» adlandırması barədəki bəyanatına cavab vermiş olub.

«Suriyanın hava məkanından istifadə məsələsinə gəlincə, bu məkan ABŞ-a məxsus deyil. O, beynəlxalq məkandır, o, Suriyanın hava məkanıdır. Bir halda ki, o, ABŞ-a məxsus deyil, deməli, ondan istifadə məsələsi də Suriya rejimi tərəfindən həll olunur» - deyə, Ərdoğan bəyan edib.

Prezidentin sözlərinə görə, Amerika ordusu Suriya ərazisində ölkə lideri Bəşər Əsədin dəvəti əsasında yerləşməyib, Türkiyə hərbçiləri isə Adana sazişi əsasında Suriya ərazisində yerləşə bilər.

«Bu müqaviləyə əsasən, əgər Suriya rejimi Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı tədbirlər görmürsə, o zaman bizim hərbçilər terrorçuları təqib etmək hüqununa malikdirlər» - deyə, Ərdoğan qeyd edib.

Prezidentin qeyd etdiyi kimi, bu ərəfədə başlanmış əməliyyatın 3 əsas məqsədi var. Birincisi, Türkiyənin cənub sərhədinin terrordan təhlükəsizliyinin təmin olunması.

İkincisi, Suriyanın ərazi bütövlüyünün müdafiəsi.

Üçüncüsü isə bundan əvvəl ölkədən qovulmuş suriyalıların vətənə qayıdışının təmin olunması.

Suriyanın şimal-şərqində «Sülh bulağı» əməliyyatının başlandığını prezident Ərdoğan oktyabrın 9-da gündüz saatlarında elan edib. Onun sözlərinə görə, əməliyyat «İslam dövləti» və PKK terror təşkilatlarına qarşı aparılır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar