Gürcüstan prezidenti baş nazirin Azərbaycana səfərinin yekunlarını alqışlayıb
Baxiş sayı:
Dərc olunub:
10/10/2019 - 15:55
Gürcüstan prezidenti Salome Zurabişvili baş nazir Giorgi Qaxarianın Azərbaycana səfərinin yekunlarını alqışlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, David Qareci (Keşikçi dağ) kompleksindəki məbədlərin Gürcüstan ictimaiyyəti üçün açılması Azərbaycanla sərhəd məsələsində irəliyə doğru atılan növbəti addımdır.
S.Zurabişvili qeyd edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: “Əminəm ki, birgə səylər nəticəsində tərəflər iki dost ölkənin maraqlarına cavab verən çıxış yolunu mütləq tapacaqlar”.
Qeyd edək ki, Gürcüstanın baş naziri Keşikçi Dağı Məbəd-Kompleksindəki məbədlərin gürcü zəvvarlar üçün sabahdan etibarən açılacağını bildirib.
Son yazılar
18:31
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.