Azərbaycana yarım ton narkotiki gətirən şəxsə bəraət verilib

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Nəsrulla Abbasova hökm oxunub.

APA-nın xəbərinə görə, bu barədə vəkil Anar Qasımlı məlumat verib. O bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəsrulla Abbasovun əməli sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ittihama əsasən, Nəsrulla Abbasov İrandan Azərbaycana 500 kilo 635 qram narkotik vasitə keçirmək istəyən zaman yaxalanıb. O, gətirdiyi narkotik vasitəni Polşaya göndərməli imiş. İstintaq orqanı tərəfindən Nəsrulla Abbasovun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar