“Avakova heç nə borclu deyiləm...” - Zelenski daxili işlər nazirinə vaxt verib

Ukrayna prezidenti Vladimir Zelenski hökumət üzvlərini hədələyib və işinin öhdəsindən gələ bilməyənləri vəzifəsindən azad edəcəyini bildirib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Zelenski bu barədə press-marafon zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ukrayna prezidenti daxili işlər naziri Arsen Avakovla bağlı suala cavab verərkən qeyd edib ki, gələn ilin əvvəlindən Ukraynanın yeni DİN rəhbəri ola bilər: “Mən ona heç nə borclu deyiləm... Sınaq müddəti var. DİN-də yeni simalar görmək istəyirik. Mən bütün nazirlərə demişəm. İlin sonunadək real işlər təqdim etməlidirlər. Əks halda hamısı azad ediləcək...”

Ukrayna mətbuatı yazır ki, bununla da prezident daxili işlər nazirini ilin sonunadək dəyişəcəyinin anonsunu vermiş olub.

Xatırladaq ki, yeni nazirlər kabinetində köhnə heyətdən qalan iki nazirdən biri olan erməni əsilli Arsen Avakov Ukrayna siyasətində oliqarxlarla əlaqəli mafioz şəxslərdən biri sayılır. Bu səbəbdən Zelenskinin yeni kabinetdə ona yer verməyə məcbur olduğu qeyd edilirdi. Lakin o da bildirilirdi ki, prezident bir qədər “yerini bərkidəndən” sonra Avakovla vidalaşacaq. Görünür, artıq həmin vaxt yaxınlaşıb.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar