Sabah da yağış yağacaq - Proqnoz

Qeyri-sabit hava şəraiti həftəsonu da davam edəcək

Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti sabah da davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova ANS-ə açıqlamasında bildirib ki, sentyabın 20-si Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutlub açılacağı gözlənilir.

Gecə yağış yağacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək. Temperaturun gecə 17-21°, gündüz 24-27° olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 75-85% təşkil edəcək.

Rayonlarda, xüsusilə qərb rayonlarının bəzi yerlərində şimşək çaxacaq, yağış yağacaq. Şərq küləyi əsəcək. Dağlıq ərazilərdə külək güclənəcək. Aran rayonlarında gecə 15-20°, gündüz 24-29°, dağlıq ərazilərdə gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar