OPEC Azərbaycanda neft hasilatına dair proqnozunu artırıb

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 2020-ci ildə Azərbaycanda gündəlik neft hasilatının həcminə dair proqnozunu 10 min barel artıraraq 790 min barelə çatdırıb.

“Report” bu barədə qurumun aylıq hesabatına istinadən xəbər verir.

Sənəddə Azərbaycanda gündəlik neft və qaz kondensatı hasilatı 30 min barel azaldılaraq 770 min barelə, xam neft hasilatı isə 18 min barel azaldılaraq 680 min barelə endirilib. Beləliklə, cari ilin üçüncü rübünə dair gündəlik neft hasilatının dəyərləndirilməsi 12 min barel azaldılaraq 790 min barel səviyyəsinə endirilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 min barel azdır.

Sözügedən hasilat azalmasından sonra Azərbaycanın 2019-cu ildə gözlənilən orta gündəlik neft ixracatı da 20 min barel azalaraq 790 min barel təşkil edəcək.

Xatırladaq ki, 2016-cı ilin 10 dekabr tarixində Vyanada imzalanmış sazişə görə Azərbaycan gündəlik neft hasilatını 35 min barel azaltmaq öhdəliyi qəbul edib.

Ötən il dekabrın 7-də OPEC+ formatında keçirilən nazirlərin V müşavirəsində gündəlik neft hasilatının həcminin 2018-ci ilin oktyabr ayına nisbətən 1,2 milyon barel azaldılması barədə razılıq əldə edilib. Bu il iyulun 1-dən bu razılığın müddəti gələn ilin I rübünün sonuna qədər uzadılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar