ABŞ senatorları Türkiyəyə qarşı sanksiyalar hazırlayır! - Suriyadakı əməliyyata görə…

«AzPolittika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Suriyanın şimalında keçirdiyi hərbi əməliyyata («Barış bulağı») görə, Türkiyəyə qarşı sanksiyaların tətbiqi ilə cavab vermək niyyətindədir.

Bu istiqamətdə qanun layihəsi üzrərində həm demokrat, həm də respublikaçı senatorlar işləyirlər və tezliklə sənədin ictimaiyyətə təqdim eliləcəyi gözlənilir.

Senator Kris Hollen (Merilend ştatından olan «demokrat») «Tvitter»də bəyan edib ki, Türkiyə ABŞ-n həmkararına (kürd terrorçularına - red.) hücum etdiyi səbəbilə, yüksək bədəl ödəməlidir. Guya «müttəfiqlər» (kürd silahlı birləşmələri - red.) «İŞİD»  qruplaşması ilə mübarizədə böyük tövhə veriblər. «Arqumentə» bir baxın…

Senator Lindsi Qremin (Cənubi Karolina ştatından olan respubdikaçı) fikrincə, Türkiyənin fəaliyyəti «İD»-nin yenidən baş qaldırmasını təmin edəcək və «fəaliyyətdə olan faciədir». Guya ki, ABŞ və müttəfiqlərinin Suriyaya həyasızcasına hücumu və bu «ölkənin altını üstünə çevirməsi» faciə yox, xoşbəxtlik imiş!

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyənin Suriyada başladığı antiterror əməliyyatını «soxulma» adlandırıb, ancaq hərbçilərinə əmr verib ki, əməliyyatın aparılmasına mane olmasınlar.

Sürüşkənliyə bir baxın - Tramp «bir əlində iki qarpız tutmaq» isəyir… Bu, mümkünmü?

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar