Bakıdan Dubaya uçan təyyarə Şiraz hava limanına təcili eniş edib
Baxiş sayı:
Dərc olunub:
10/10/2019 - 21:49
Bakı-Dubay reysində uçan təyyarə Şirazda təcili eniş edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Şirazın Şəhid Dəstğeyb adına beynəlxalq hava limanının rəhbəri Ehsan Ostovar deyib.
Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 13:36-da “Fly Dubai” hava yollarına məxsus “737 B” saylı reysində uçan təyyarənin pilotu ekipaj kabinetində tüstü müşahidə etdiyi üçün Şiraz hava limanında təcili eniş edib.
O bildirib ki, Bakıdan Dubaya uçan təyyarədə 124 sərnişin və 6 ekipaj üzvi olub ki, onların hamısı təxliyyə olunub.
E.Ostovar deyib ki, xarici şirkət sərnişinlərin Şirazdan Dubaya çatdırılması üçün təyyarə göndərib.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.