İraqla İran arasındakı Şələmçə sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb

Əcnəbi vətəndaşların gediş-gəiş etidyi yeganə keçid məntəqəsi olan Şələmçə sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ərbəin qərargahının Ərvənd Azad zonası üzrə rəhbəri Qulamrza Şəriəti deyib.

Q.Şəriəti deyib ki, Şələmçə sərhəd-keçid məntəqəsi az öncə bağlandı və yaxın zamanlarda sərhədin nə qədər bağlı qalacağı ilə bağlı açıqlama veriləcək: “Sərhədin bağlanmasına səbəb İraq tərəfdə nəqliyyat vasitələri, yanacaq çatışmazlığı və zəvvarların izdihamıdır”.

O qeyd edib ki, hazırda problemlərin aradan qaldırılması istiqamətində İraq tərəfi ilə danışıqlar aparılır.

Qeyd edək ki, İraq və İran arasında 4 sərhəd-keçid məntəqəsi mövcudur - İlam əyalətində Mehran, Xuzestan əyalətində Şələmçə, Çəzabə və Kirmanşah əyalətində Xosrəvi.

İran Daxili İşlər Nazirliyi elan edib ki, Ərbəin yürüşündə iştirak etmək üçün İran – İraq sərhədini keçərək getmək istəyən bütün əcnəbi vətəndaşlar yalnız Şələmçə keçid məntəqəsindən İraqa səfər edə bilərlər.

Hər il İmam Hüseyn və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.

Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar