Lənkəranda itkin düşən 48 yaşlı qadın tapılıb

Dərc olunub: 11/10/2019 - 01:08

 

itkin_280919Lənkəran şəhərində itkin düşən qadın tapılıb.

Trend-in məlumatına görə, hadisə rayonun İstisu qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Yaqubova Rübabə Möhübbət qızı bir neçə gün əvvəl yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Yaqubova tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.






loading...


Fikrinizi bildirin