“ZƏNG VURDU Kİ, BAKIYA, SƏNİN YANINA GƏLİRİK…” – İlham Rəhimov Putinlə 50 illik dostluğundan danışır

Rusiya Prezidenti Vladimir Putin 7 oktyabrda 67 yaşını qeyd etdi. V.Putinin hər dəfə olduğu kimi bu ildə ad gününü fərqli keçirdi - Müdafiə naziri Şoyqu ilə Sibiri gəzməsi rus liderin şəxsiyyətini növbəti dəfə gündəmə gətirdi.

Rusiya kimi böyük dövlətə rəhbərlik edən və hazırda dünyanın ən güclü siyasi liderlərindən biri olan Vladimir Putinin siyasi fəaliyyəti ilə bağlı məlumatlar kifayət qədərdir.

Lakin Rusiya dövlət başçısının şəxsiyyəti, xarakteri, şəxsi həyatının görünməyən tərəfləri çoxları üçün hələ də müəmma olaraq qalır. Hansı ki, Putin bütün çıxışlarında qeyd edir ki, o öz keçmişinə sadiqdir və həyatının geridə qalan məqamlarını heç vaxt yaddan çıxarmayacaq.

Fikrimizcə, Rusiya prezidentinin həyatının kimsəyə məlum olmayan maraqlı məqamları barədə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində onunla bir qrupda təhsil almış professor İlham Rəhimov daha çox məlumatlı ola bilər. Axı onlar arasında çox yaxın münasibətlər olub və bu gün də davam edir. Bunun həqiqət olduğunu keçmiş hərbi prokuror, hazırda hüquq müdafiəçisi olan Leonid Poloxov da öz xatirələrində təsdiq edirdi: “Rəhimov tez-tez Putingilə qonaq gəlirdi və onun valideynləri ilə də tanış idi. Putin isə tez-tez Rəhimovun yaşadığı yataqxanada gecələyirdi. Nüfuzlu Leninqrad Universitetinin Hüquq fakültəsində təhsil alan Rəhimov qrup nümayəndəsi olub”.

“Axar.az” saytı olaraq Vladimir Putini siyasətdən kənar şəxs kimi daha yaxından tanımaq üçün onun tələbə yoldaşı və dostu, hüquq elmləri doktoru, professor İlham Rəhimovla söhbətləşib.

“AzPolitika” bu maraqlı müsahibəni oxucularına təqdim edir:

- Rusiya Prezidenti Vladimir Putin tələbə yoldaşınız olub. Oktyabrın 7-si Putinin 67 yaşı tamam oldu. Onu təbrik etdinizmi?

- Bəli, həmin gün səhər saatlarında təbrik etdim.

- Prezidentin dostu olmaq necə bir hissdir?

- İlk növbədə onu qeyd edim ki, bu müsahibə Putinlə dostluğumuzun reklamı kimi başa düşülməməlidir. Çünki nə onun, nə də mənim buna ehtiyacımız var. Sizin sualınıza gəldikdə isə bu yaxınlarda bizim bir-birimizi tanımağımızın 50 ili tamam olacaq. O, tələbəlikdə necə olubsa, indi də elə qalıb.

Prezidentin dostu olmağa gəlincə, bir tərəfdən yaxşıdır, bir tərəfdən isə... (gülür). Hər zaman o statusda olan adamlarla dostluq edəndə hərəkətlərin müəyyən mənada ondan asılı olur.

- Tələbəlik dostunuzun dünyanın nəhəng ölkələrindən birinə rəhbərlik etməsinin tarixi 20 ilə yaxınlaşır. Putinin hakimiyyətə gəldiyi vaxtı necə xatırlayırsınız?

- 1999-cu ildə Putin təzəcə baş nazir təyin edilmişdi. Jurnalistlər onun haqqında məlumat almaq üçün yaxınlarını, dostlarını axtarırdılar. Bir gün Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı mənimlə əlaqə saxlayıb dedi ki, Putin haqda məlumat almaq üçün sənə zəng edəcəklər. Jurnalistlərə nə cavab verəcəyimi bilmirdim, ona görə də Putinin özü ilə məsləhətləşmək üçün ona zəng etdim. Dedim ki, jurnalistlər səninlə bağlı soruşurlar, onlara nə cavab verim? Putin cavab verdi ki, onsuz da bizim dostluq münasibətimizi nə vaxtsa hamı biləcək. Ona görə də gizlətməyin mənası yoxdur, məni necə tanıyırsansa, eləcə də təqdim et. Səhəri gün Rusiyanın məşhur qəzetlərindən birindən zəng edib, Putinlə bağlı suallar verdilər. Mən də hamısına necə vardısa, onu necə tanıyırdımsa, o cür cavab verdim. Jurnalist soruşdu ki, Putin vətənpərvərdirmi, yəni Rusiyanı sevirmi? Mən də cavabımda bildirdim ki, tanıdığım şəxlər sırasında Putin ən vətənpərvər insanlardan biridir. Mənim bu fikirlərim qəzetdə çıxdı, daha sonra yerli qəzetlər də bunu yayımladı.

- Putin Bakıya tələbə vaxtı gəlmişdi?

- Bəli, həm tələbə vaxtı, həm sonrakı illərdə bir neçə dəfə Bakıda olub, hətta Tovuza da getmişdi. Sizə maraqlı bir hadisə danışım. Putin 1987-ci ildə Almaniyada işləyəndə məzuniyyətə çıxmışdı. Onda yay idi, hava da çox istiydi. Mən Ədliyyə Nazirliyində çalışırdım. Bir dəfə Leninqraddan zəng edib dedi ki, tələbəlik dostumuz Viktor Xmarinlə Bakıya – sənin yanına gəlmək istəyirik. Mən də dedim ki, biletinizi nə vaxt alacaqsınızsa, xəbər verin. Dedi, bilet artıq cibimizdədir, sabah gəlirik. Gələn kimi onları Nabrana apardım. Təxminən 10 gün orada qaldılar.

Putinlə birlikdə gələn tələbə dostumuz Viktor vəkil idi. Onlara dedim ki, bizdə burada adətdir - haradan olduğunuzu, nə işlə məşğul olduğunuzu sizdən soruşacaqlar. Mən Ədliyyə Nazirliyində işləyirdim deyə, məni tanıyırdılar. Putinə dedim ki, Viktoru vəkil kimi təqdim edəcəm, bəs səni necə təqdim edim? Putin də o vaxt Almaniyada kəşfiyyatda çalışırdı. Dedi ki, cinayət axtarış şöbəsinin inspektoru kimi təqdim et. Putini də elə təqdim etdim.

- Sizin tələbəlik vaxtı həm də bir yerdə qaldığınız deyilir...

- Xeyr, onun evi vardı. Putin zəhmətkeş və sadə ailədən idi, valideynləri ilə birgə qalırdı. Atası zavodda fəhlə işləyirdi, anası tibb bacısı idi. Onun çox gözəl valideynləri vardı. Mənə digərlərindən daha çox hörmət edirdilər, bunu anlayırdım. Ayrı millətin nümayəndəsi olduğum üçün mənə münasibət bir qədər fərqli idi. Sanki qonaq kimi baxır, daha isti münasibət göstərirdilər. Mənə olan bu isti münasibət əslində o ailənin sovet sistemindəki beynəlmiləlçilik ənənələrinə söykənirdi.

Tələbəlik illərində Putin, Viktor və mən adətən, dərsdən sonra kafedə birlikdə yemək yeyirdik. İdmanla məşğul olduğumuz üçün içki qəbul etmirdik. Uzağı, pivə içərdik. İnanmazsınız, amma mən arağın dadını aspiranturada oxuyanda bilmişəm...

Bir gün kafedə olarkən söhbət əsnasında Putin sual verdi ki, “Zaporojets”in neçə qapısı var? Dedi, gəlin mərcə girək. Viktor dedi ki, 4 qapısı var, mən də bunu təkrarladım. Bundan sonra Putin “Zaporojets”in 2 qapısı olduğunu söylədi. Dedim, bunu necə sübut edəcəksən? Təklif olundu ki, yaxınlıqda əyləşənlərdən soruşaq. Gördük ki, heç kim bilmir. Putin dedi ki, gedək, çöldə axtaraq. Onların məhləsinə gələndə gördük ki, həyətdə “Zaporojets” var və Putinin dediyi düz çıxdı. Biz də bir yeşik pivədən mərcə girmişdik. Bu “Zaporojets”in kimin olduğunu soruşduq. Putin özünün olduğunu, anasının lotereyada udduğunu dedi. Həmin “Zaporojets” sonralar qızım körpə olanda çox köməyimizə gəldi.

- Deyəsən, Putin qızınızın toyunda da iştirak edib. Onu dəvət etmişdiniz, yoxsa eşidib özü gəlmişdi?

- 2001-ci ildə dekabrın 19-da qızımın Moskvada toyu oldu. Yoldaşım ağır xəstə olduğu üçün belə qərarlaşdırdıq ki, toy orada olsun. Toy üçün “Özbəkistan” restoranını seçdik. Toydan iki-üç gün əvvəl isə Putinlə zəngləşib, onun bağına getdim. Həyat yoldaşı da yanımızda idi. Dedim ki, ayın 19-u toydur, mənim borcum sizi çağırmaqdır, gəlib-gəlməmək öz işinizdir. Açığı, yenicə prezident seçilmişdi və təxmin edirdim ki, gəlməsə belə, kimisə toya təbrik üçün göndərəcək. Digər tələbə yoldaşlarımı da toya dəvət etmişdim. Putin soruşdu ki, toy harada olacaq? Dedim, “Özbəkistan” restoranında. Sakitcə dedi ki, orada olmuşam, yaxşı yeməkləri olur. Toy günü saat 21:15-də restoranın administratoru yanıma gəlib, qulağıma dedi ki, Putin həyat yoldaşıyla birgə restoranın girişindədir, sizi soruşur. Mən İsgəndər Xəlilov, Aydın Qurbanovla birgə oturmuşdum. Birdən İsgəndər Xəlilovun həyat yoldaşı Sevda xanım restorandakı monitoru göstərib dedi ki, “İsgəndər, Putin gəlib”. O isə cavabında “bu, sadəcə, rolikdir” söylədi. Administrator gələndən sonra dərhal onunla getdim.

Putin xanımı ilə zala daxil olan kimi bəylə gəlini təbrik etmək istədiyini bildirdilər və öz hədiyyələrini təqdim etdilər.

Mən sonradan bildim ki, onun mühafizə xidməti təhlükəsizliyi üçün bu əraziyə gəlməyinə qadağa qoyubmuş. Bu səbəbdən Kremldən çıxanda heç kim xəbər tutmamışdı.

Moskva şəhərinin milis rəisi mənim dostum idi və o da toya gəlmişdi. Putini görəndən sonra yanıma gəlib həyəcanla dedi ki, niyə mənə onun gələcəyini deməmisiniz? Dedim, mən haradan biləydim, şəhərin rəisi sənsən, sən özün bundan xəbərdar olmalıydın. Birdən əlini-əlinə vurub qayıtdı ki, bəlkə, məni artıq işdən çıxarıblar! Zarafatla dedim ki, indi olmasa da, sabah yüz faiz çıxaracaqlar.

Putin o qədər gizli gəlmişdi, heç kim heç nə bilməmişdi. Administrasiyanın şöbə müdirlərindən biri mənim dostum idi, onu da toya çağırmışdım. Onun toyda olmadığını görüb zəng etdim ki, haradasan, niyə gəlmirsən? O da sakit səslə “Mən prezidentin qəbul otağındayam, məni qəbul etməlidir” dedi. Prezident gedəndən sonra yenidən zəng etdim ki, sən hələ də qəbul otağında oturmusan? O da təsdiqlədi. Bundan sonra ona, “Nə qəbul otağı? Putin buradaydı, təzəlikcə getdi, orada niyə oturmusan?” dedim.

- Putinin mobil telefonu varmı?

- Mən onun mobil telefon gəzdirdiyini görməmişəm. Lakin onun istənilən şəxslə, istənilən məkanda əlaqə qurmaq imkanı var.

- Putin ad günlərini həm də fərqli keçirməsilə fərqlənir. Görünən odur ki, ad günü ərəfəsində təbiəti, Rusiyanın ucqarlarını gəzir. Bəs, görünməyən nədir?

- Gənclik illərindən belədir, bir yerdə oturmaqla arası yoxdur. Görürsünüz, fürsət düşən kimi qaçıb harasa gedir.

Xatırladım ki, Putinin ad günü – 7 oktyabr keçmiş SSRİ-də Konstitusiya günü kimi qeyd edilirdi. Ona görə də onun ad günü dostlarının yaddaşında yaxşı qalmışdı.

Biz 4-5 nəfər dostuq. Ad günlərində adətən, bizdən başqa kənar adam olmur. Yubiley keçirəndə isə qohumlarını da dəvət edir və maksimum 10 nəfərlə ad gününü qeyd edirik. Putin ev sahibi kimi də həddən artıq səmimi və qonaqpərvərdir. Biz onun qonağı olanda özümüzü Prezidentin qonağı kimi deyil, dostumuzun qonağı kimi hiss edirik.

"QARABAĞ PROBLEMİNİN HƏLLİ PUTİNDƏN ASILI DEYİL, BU DÖVLƏTİN SİYASƏTİDİR"

putin

- Maraqlıdır, Rusiya televiziyaları və Qərbin müxtəlif media orqanları tərəfindən hazırlanan filmlərdə Putin cəsarətli, qorxmaz, səmimi və ədalətli lider kimi göstərilir. Putini daha yaxından tanıdığınıza görə soruşuram: Putin həqiqətən onların göstərdiyi kimidir?

- 2000-ci ildən bəri – Medvedyevin prezidentlik dönəmini çıxsaq, Putin faktiki olaraq dövlət başçısıdır. Hamı bilirdi ki, ciddi dövlət məsələlərindən heç biri onsuz həll olmur. Onun ciddiliyi, cəsarəti göz qabağındadır. Bütün fəaliyyəti də göstərir ki, o, doğurdan da təqdim edilən kimi insandır.

- Bu qədər keyfiyyət bir yerə cəmləşib, amma dünyada Putinə qəribə münasibət var: Sayırlar və ya hesablaşmağa məcburdurlar, ancaq Qərbdə sevmirlər. Sizcə, niyə?

- Putinlə bu gün bütün dünya hesablaşır, bu bir faktdır. Populyarlığa gəldikdə isə sizə deyərdim ki, dünyanın əksər ölkələrində də o, çox populyar siyasətçidir.

Bir məsələni də qeyd edim ki, Putin Qərb dəyərlərinə və Qərb sivilizasiyasına böyük önəm verir. Rusiya özü Qərblə münasibətlərin inkişafında maraqlıdır. Lakin Putin üçün əsas məsələ dövlətinin və xalqının maraqlarıdır və təbii ki, rus xalqının ona olan sevgisidir.

- Hazırda Ukraynanın ərazi bütövlüyü pozulub, Rusiyaya sanksiyalar tətbiq olunub. Üstəlik, Putinin reytinqində azalma müşahidə olunur...

- Bu gün Rusiyada hətta Putinin rəqiblərinin də etiraf etdiyi kimi siyasi reytinqinə görə onunla müqayisə olunacaq ikinci bir siyasi lider yoxdur.

Mən rus xalqının psixologiyasına yaxşı bələdəm. Rus xalqı Krıma görə Putinə hər hansı irad bildirməz, əksinə, bu məsələdə xalq onu dəstəklədi.

İnsanlar Putindən öncə və Putinin dönəmində nələrin baş verdiyini gözəl bilirlər. Yeltsinin dönəmində heç kim Rusiya ilə nəyisə məsləhətləşmirdi. Beynəlxalq məsələlər və problemlərdə Rusiyadan ümumiyyətlə heç nə soruşulmurdu. İndi isə bunun əksini görürlər. Onlar baxırlar ki, ruslara kimin münasibəti pis deyilsə, ona yaxşı münasibət bəsləyirlər, amma özlərini istəyən, özlərinə hörmət edən millətdir.

Siz “sanksiya” deyirsiniz, lakin ruslar bundan qorxmurlar. Niyə? Ona görə ki, bu xalq hər bir çətinliyi görüb, Leninqrad mühasirəsində bu xalq sübut etdi ki, acından ölsə belə, dizi üstə dayanmaz və heç kimə heç nəyi güzəştə getməz.

Üstəlik, bu sanksiyaların heç bir perspektivi yoxdur. Sanksiyanı tətbiq edənlər öz siyasətlərini düzgün qurmalıdır. Ona görə ki, bu sanksiyaları tətbiq etməklə başqa dövlətləri də özlərinə qarşı çevirirlər. Bir çox ölkələr bu sanksiyalar nəticəsində üzünü Avropadan çevirib. Moskva bunun üçün Çin, Hindistan, İran, Türkiyə ilə münasibətlərini yaxşı saxlamağa çalışır. Adını çəkdiyim dövlətlər isə dünya nizamında bu və ya digər dərəcədə aktiv iştirak edirlər. Yəni sanksiya mövzusunu çox şişirtmək lazım deyil.

Gözəl bilirsiniz ki, bu sanksiyaların müsbət tərəfləri də oldu. Rusiya bunun nəticəsində xaricdən asılı olan sahələri sürətlə inkişaf etdirməyə başladı. Məsələn, kənd təsərrüfatı hazırda çox sürətlə inkişaf edir. Rusiyada hazırda yeni texnologiyaların inkişafına xüsusi önəm verilir. Bundan əlavə, Rusiyanın təbii sərvətləri o qədər zəngindir ki, ona sanksiyalarla ciddi təsir etməyi mümkünsüz hesab edirəm.

- Putindən və Rusiyadan danışarkən Qarabağ problemindən yan keçmək olmur. Sizin fikrinizcə, Qarabağın açarı həqiqətənmi Moskvadadır?

- Qarabağ problemi ilə bağlı Rusiyanın mövqeyi belədir: Azərbaycan və Ermənistan öz aralarında razılığa gəlsələr, Rusiya bu razılaşmanın qarantı ola bilər. Rusiya bu münaqişədə tərəflərin hər hansı birini dəstəkləyə bilməz. Belə ki, hər ikisi onun üçün önəmlidir. Bu problemin çözülməsində təbii ki, Rusiyanın da maraqlarını nəzərdən qaçırmaq düzgün olmazdı. Rusiya bu münaqişənin həllində onun strateji maraqlarına ziyan gəlməməsinə çalışır.

Mən bir dəfə demişəm, yenə də deyirəm ki, biz Putinin dönəmində onun bizim prezidentlə olan münasibətindən, bizim xalqa olan münasibətindən istifadə etməliyik. Putindən sonra gələn dövlət başçısının münaqişəyə münasibəti necə olacaq? Onu indidən demək çətindir.

İndi ermənilər də Putini qınayırlar ki, niyə Azərbaycanı müdafiə edirsən? Eynilə bizim onlara dediyimizi söyləyirlər. Yaddan çıxarmaq lazım deyil ki, Rusiyanın Ermənistanda maraqları, bazası var və indi yaxşı münasibətdə olduğu NATO üzvü Türkiyə ilə sərhəddədir. Bu gün Rusiya-Türkiyə münasibətləri ən yüksək səviyyədədir. Lakin kim zəmanət verə bilər ki, bir müddət sonra Rusiya-Türkiyə münasibətləri necə inkişaf edəcək? Təbii, biz istərdik bu münasibətlər indiki kimi yüksək səviyyədə olsun. Lakin siyasətdə hər şey ola bilər. Elə bilirsiniz ki, ruslar bunu fikirləşmirlər? Ermənistandakı bazalar sırf NATO-dan ötrüdür. Türkiyə isə heç vaxt NATO-dan çıxmayacaq.

Azərbaycanla Ermənistan arasında olan münaqişənin həllində Rusiyanın imkanlarına baxmayaraq, elə bilirsiniz ki, belə məsələlərdə hər şey dövlət başçısından asılıdır? Bu, dövlətin siyasətindən asılıdır. Dövlət başçısı təkbaşına belə məsələləri həll edə bilmir. Açar onda olsa da, o istəyir ki, tərəflər problemi özləri həll etsinlər və açarı onlara versin.

- Rusiya kimi böyük dövlətin rəhbərinin dostu olan İlham Rəhimov dostu Putinlə Qarabağla bağlı söhbət edibmi?

- Sizə desəm ki, söhbət etməmişik, bu, səmimi olmaz. Təbii ki, o əhatədə bizim belə söhbətlərimiz olur. Elə məsələlər olub ki, mən demişəm, o razılaşıb, ya da o deyib, mən razılaşmışam. Bəzən hətta mövqelərimiz bir-birinə tam zidd olub. Ancaq bu söhbətlər hamısı sırf diskussiya xarakteri daşıyır.

- Rusiyada Azərbaycanın Avrasiya İttifaqına üzv olması məsələsi vaxtaşırı gündəmə gətirilir. Əgər Azərbaycan Avrasiya İttifaqını seçərsə, bu, Bakı üçün nə dərəcədə uğurlu olar?

- Avrasiya İttifaqı sırf iqtisadi birlikdir. Ona görə də sırf iqtisadi birlikdirsə, bunu bizim iqtisadçılar, təzə baş nazir fikirləşib, bunun bizə iqtisadi cəhətdən sərf edib-etməməsini müəyyənləşdirməlidir. Yəni demək istəyirəm ki, bununla mütəxəssislər məşğul olmalıdırlar. Əgər xeyri varsa, niyə də üzv olmayaq?!

- “Valday” toplantısı və Azərbaycan və Rusiya prezidentlərinin maraqlı görüşü baş tutdu. Bu görüş, ondan qabaqkı proseslər iki ölkənin münasibətlərinə hansı formada təsir göstərəcək? İki ölkənin siyasətində hansısa formada daha sıx yaxınlaşmalar mümkündür?

- “Daha sıx yaxınlaşma” artıq sözdür. Çünki münasibətlər o qədər yüksək səviyyədədir ki, onu artırmaq üçün neyləmək gərəkdiyini demək çətindir.

Söhbət təkcə Putindən getmir. Ümumilikdə rus elitasının bizə münasibəti çox yaxşıdır. Mən onların çoxunu tanıyıram və söhbətlərimdə bunu görürəm. Münasibətlər bundan artıq olarsa, çox yaxşı olar, amma bunun hansı istiqamətdə olacağını gələcək göstərəcək.

- Prezident İlham Əliyev “Valday”da Paşinyanın bir müddət öncə Xankəndidəki çıxışına da cavab verdi. Azərbaycan Prezidentinin “Valday”dakı çıxışını necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyev Paşinyanın məlum bəyanatına cavab verməli idi və o bunu etdi. İlham Əliyevin Rusiya Prezidentinin olduğu tədbirdə belə bir çıxış etməsi isə iki prezidentin bir-birinə səmimi münasibətinin və bir-birinə etibar etmələrinin göstəricisidir.

- Gələn il parlament seçkisi keçiriləcək. Seçkidə iştirak etməyi düşünürsünüzmü?

- Deputat olmaq fikrim yoxdur.

- Siyasətə qayıtmamağınız, millət vəkili olmaq istəməməyiniz nə ilə bağlıdır? İşləriniz çoxdur, yoxsa inciksiniz?

- Kantın gözəl bir sözü var, deyir ki, öz sərbəstliyini heç bir vaxt heç nəyə dəyişmə.

635x100

Şərhlər

Müxtəsər 2019-10-12 15:36:24

Fəxarət kök və bilik çalışmasına olmalıdır. Üstün İlham qrup nümayəndəsi olub. Qalan ətraf-biz, hamımız illərdir əsasən məllim Lavrovun qlobaş siyasətindən asılı qalmışıq?

t.ədalət 2019-10-12 15:36:24

Putin və putinizmin təbliğatı yetər.Bu dostluğun dəyəri ərazilərimiz uğrunda döyüşən və putinizmin zavalına gələn şəhidlərimizin ayaqqabısı qədər də deyil.Öz xalqının,Vətəninin naminə yaşamaq lazımdır.Bizim dostumuz o kəsdir ki,DQ və ona bitişik ərazilərdə əsgərlərimizin qanının tökülməsinə imkan vermir.Köhnə rus silahlarını zorla bizə satıb,onun pulu ilə ermənistanı maliyyələşdirən Sizin dostunuz Putin deyilmi?Bu təbliğatdansa bir körpü salın,məktəb tikdirin ki,Vətənə gərəkliyinizi göstərsin.

Geber 2019-10-12 15:36:24

Andropova "Ленин в Польше "şəhrini verən KQB-nin ən bacaraaqli analitiki olub . Andropov ona yalvarir ki , Siyasi Büroya Polşadaki antikoomunist hərəkatinin sonluqunun *** ğörüntüsünü öncədən bəli olmayan həqiqətin şəhri lazimdir, Politbyurodaki qocalarin bəlli fikirlərini malalamaq yox Mənə aci həqiqət lazimdir . Analitik qorxur tərəddüd edir və bir kəlmə ilə Lenin v Polşe , yəni ABŞ polyak İkinci İoni katoliki Roma Papasi eidib , katolikin quyruqunu kəsib qoyun etmək sirrini Stalin bilirdi o isə ölüb Siz və Lenin yox , Stalinin şüür düstürlari yoxdursa , Polşada ğələcək rüsvayçiliqin qarşisini qabaqcadan almaqdan ötəri Qərblə danişib , nə qədər ki bu əmtəənin qiyməti var Polşadan Sovet qoşunlarini abirla nəyəsə qarantiya alib çixartmaq lazimdir. Mövzuya və dostluqa aidiyyətdə Putin dostlarini qoruyur anlayişi bütün ruslara bəllidir , lakin realliq "Lenin Polşada" kimidir , beləki bu dostluqu qorumaqa Putində istəsədə imkan yoxdur, mən biznesdən yazmiram , axi necə ? Ermənistanda hərbi bazasi olan Rusiyanin dostu Koçaryan türmədə , SNQ NATOSUNUN erməni başçisini Paşinyan həbs etmiş idi. Bu belədirsə Ukraynada Kazaxstanda sabah Tacikistanda Türkmənistanda Azərbaycanda Suriyada Rusiya ilə Türküyənin rolu **Lenin v Polşe "" kimi olmayacaqmi ? beş on quruşa 50 il qabaqini yaza bilsəm də yazmaramin niyəsini bildiyim üçün.

Mahir 2019-10-12 15:36:24

Qarabağla bağlı siyasət birbaşa Putinlə bağlıdı,yoldaş Rəhimov.

Musfıq Abbasov 2019-10-12 15:36:24

Ilham Rehımovun dunya lıderlerınden bırı ıle bele dostluq etmesı azerbaycanlı olan her kesı sevındırmelıdır. Bu AZerbaycan ve azerbaycanlı adı ucun serefdır. Ilham muellımı yaxından tanıyan bırı kımı deye bılerem kı o da öz vetenını ve xalqını seven sexsıyyetdır ve Belke de Putınle olan dostuqlarında bu xarakter ortadır

dr.Amirov 2019-10-12 15:36:24

Çox marqlı müsahibə alınıb--tələbəlik fotosu da əladır.

Geber 2019-10-12 15:36:24

Hörmətli Redaktor ! Xahiş edirəm əvvəlki şəhrimi aktual olduqu üçün əlavə edəsiniz. Mən elə şəhr yazmiş idimsə , şəhrdə yazdiqimdan başqa 200 -ə yaxin ğözə ğörünməz parametrləri də nəzərə alib mümükünlük koridorunda şəhr yazmişam. Üzr istəyirəm bu mənim 30 illik dəqiq bir optik nəzəri praktik peşəmdir . Hesab edirəm ki , İlham inciməz beləki bu şəhr yerinə düşərdi. Anropov bir dəfə özü haqqinda və POlşa haqqinda şəhr istəyir iki il ərzində ala bilmir . Nəhayyət biri qorxa qorxa Lenin v Polşe sözünü deyir

Geber 2019-10-12 15:36:24

Hörmətli İlham Rəhimov ! Yüz milyonlarla keçmiş sovet insanlarinin öz tələbə və uşaqliq dostlari ilə , nəinki ğörüşmək , salam əleyküm etmək həvəsləri obyektiv səbəblərdən mümükünsüz olduqu indiki dönəmdə :_ Sizlərin dostluqunuza paxilliq çəkmədən həsəd apariram . Əsl dostluq belə olar demək istəsəm də , kompüterimin klaviaturasiğözümə itirddiyim öz dostlarima ğörə kiçilir və dar ğəlir. Sağ olsun uşaqliqdan bizlərə aşlanmiş imperialistlərə olan nifrət indi isə onlara minnətdarliq ilə əvəzlənib , onlar olmasaydi:_ varsap intrnet filan bizlər üçün , yuz milyonlarla insanin , öz canli dostlari ilə ünsüyyətən məhrum olanlar üçün , necə fəlakət olacaqini kim bilərdi ? Canli dostlardan məhrum olmuşlara amerikanin instaqram feysbukdaki süni dostlarini Allah saxlasin , yoxsa tənhaliqdan autizmdən məhv olardiq. TV-də ğördüm ki , dostunuz Sibirdə ğiləmeyvə ğöbələk yiqğir , məğər Duma qanun çixartmamişi , ki Sibirdə ğiləmeyvə yiğmağa ğörə verği və lisenziya avarddir ? Bizdə sağ olsun Novruz Məmməov bu qanunu ləğv etdi. Milyonlarla küçn=miş sovet insanlari 90 =ci illərdə adi şəhərlərarasi əlaqə olan poçt xidmətlərindən də məhrum olmuşdular. Sovet məkaninda " səni axtariram verilişləri Braziliya futbol matçini xatirlayirddi hami studiyaya baxib ağlayirdi , hərə özü itirdiyinə ağlayirdi hami qohümünü dostunu itirmiş idi hami öz ğününə ağlayirdi Xoşqədəmin dişlərinə yox. Dostluq üçün zənğləşmək üçün oturub durmaq üçün sovet insanlarina qara qəpik qalmamişdi qazana da bilmirdilər can bazarinda dostluqa yer yoxdur. Dünən avtobus dayanacaqinda uşaqliq dostumu ğördüm o da üzünü çevirdi mən də ikimizə də aydin idi ki , bundan sonra nə o mənə lazimdir nə də mə ona . Yaxşi Dostum deməyə utaniram :_dost yuxaridan aşaqi ğəlir aşaqdan yüxari dost çayi yox Sizin dostunuz 20 ildə yüz milyonlarla dostunu atasinin qəbiristanliqini qohumunu qardaşini tapa bildimi ? Yenədəmi Rusiyada ""Ya işu tebya otzovissss *** TV verilişləri populayrdirmi ? Bizdə bəli reytinqi keçir. u verilişlərin reytinqi insanda məhf olmayan bir hüceyrə üstüdnə köklənib :) axirinci söz və yaxud rusca " toska po nedoskazannomu " insan ölənə qədər xiffət hissi vardir atamin vəsiyyəti filan bəsməkan . Heç bir reytinq filandan söhbət ğetmir şüürsüz insanlarin son nidalari belə olur

Son yazılar