İsrail vətəndaşlarını Azərbaycana getməməyə çağırır - Səfirlik

"İldə bir dəfə bizim Terrorla Mübarizə İdarəmiz yalnız Azərbaycana deyil, bir sıra ölkələrə getməməyə məsləhət görürük". Bunu SalamNews-a açıqlamasında İsrailin Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfirlikdən verilən məlumatda qeyd olunur ki, İsrail dövləti gələn ay keçiriləcək yəhudi dini bayramları ilə əlaqədar səfərə çıxmaq istəyən hər bir vətəndaşına xəbərdarlıq edir:

"Ancaq bu o demək deyil ki, İsrail vətəndaşları Azərbaycana səfər etməsinlər. Bizim ölkənin vətəndaşları bura gəlirlər. İki həftə bundan əvvəl İsrailin futbol komandası burda idi. İsrail vətəndaşları Azərbaycana biznes məqsədi ilə, istirahət üçün gəlirlər. Bildiyiniz kimi, İsrailin xarici işlər naziri Aviqdor Liberman bu il Bakıya səfər edib".

Xatırladaq ki, İsrailin Terrorla Mübarizə İdarəsi Azərbaycan ilə yanaşı Kenya, Mərakeş, Nigeriya, Oman və Türkiyəyə getməmək barədə xəbərdarlıq edib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar