Qarabağda istehsal olunan “Artsax” suları Rusiya bazarında - Foto

Ermənilər Azərbaycana qarşı daha bir təxribata əl atıblar. Modern.az xəbər verir ki, “Arzi Qrup” Açıq Səhmdar Cəmiyyəti işğal olunmuş torpaqlarımızdakı su mənbələrindən qablaşdırdığı içməli suyu Rusiyaya ixrac edir.

Yerevanın Şenqavit inzibati rayonunda qeydiyyatdan keçən şirkət Ermənistan və Rusiya bazarlarını təmiz içməli su ilə təmin etmək üçün işğal altındakı Ağdərə rayonunda sex yaradıb.

“Artsax” adı verilən təbii, qazlaşdırılmamış içməli suya artıq bir çox Rusiya marketlərində rast gəlmək mümkündür.

“Artsax” sularını Rusiya bazarında realizə etmək üçün Moskva şəhərində qeydiyyatdan keçmiş və mineral sular və digər alkoqolsuz içkilərin distrübütorluğu ilə məşğul olan “Konstant Texnolovi” MMC-nin xidmətlərindən istifadə olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar