İLHAM ƏLİYEV AŞQABADDA PAŞİNYANI ÇƏTİN VƏZİYYƏTƏ SALDI - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda MDB dövlət başçılarının iclası zamanı maraqlı çıxışı ilə yadda qalıb.

Belə ki,Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan xalqının müharibə illərindəki rolunu xatırladıb.

Daha sonra o, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiyini bildirib: “Təəssüf ki, MDB məkanında, xüsusilə, Ermənistanda belə şeylər baş verib. Ermənistanın keçmiş hökuməti İrəvanın mərkəzində alman faşistlərinə Qaregin Njde ləqəbiylə xidmət edən faşist cəllad və satqın Qaregin ter Arutyunyana abidə qoymuşdu”.

Daha sonra Prezident İlham Əliyev Njdenin nasistlərlə əməkdaşlıq etməsi haqqında məlumatlı olan Rusiya Xarici İşlər Nazirliyinin nasizmin qəhrəmanlaşdırılmasına həsr edilən may ayındakı hesabatından sitat gətirib.

İlham Əliyev Njdenin Sovet hökuməti tərəfindən sonradan həbs edildiyini və Vladimirsk həbsxanasında öldüyünü xatırladıb: Təəssüf ki, Ermənistanın yeni hökuməti bu abidəni demontaj etməyib. Hesab edirəm ki, faşizmin qəhrəmanlaşdırılmasına MDB məkanında yer yoxdur”.

Azərbaycan Prezidentindən sonra çıxış edən Ermənistan Baş naziri Paşinyan xalqının nasistlər üzərindəki qələbədə rolundan danışıb.

O, ermənilərin təkcə SSRİ ordusunda yox, həm də Avropa Müqavimət Hərəkatında vuruşduğunu iddia edib: “Biz həmin illərin tarixi hadisələrinin obyektiv işıqlandırılması istiqamətində istənilən konstruktiv addımları dəstəkləyirik və onların subyektiv interpretasiyası cəhdlərinə qarşı çıxırıq. Təəssüf ki, İlham Heydəroviçin nitqində biz belə cəhdləri gördük” .

Paşinyan daha sonra Njdeyə haqq qazandırmaq üçün guya onun Türkiyənin Ermənistanı işğal etməsinə qarşı vuruşduğunu deyib: “Belə təəssürat yaranır ki, bu müharibədə Hitler yalnız ikinci dərəcəli rol oynayıb və nasist hərəkatının lideri Qaregin Njde olub. Doğrusu odur ki, Njde Ermənistanın türk işğalına və “erməni soyqırımı”na qarşı mübarizə aparıb”.

İlham Əliyev Paşinyanın bu dolaşıq çıxışnıı cavabsız qoymayıb. İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkodan söz xahiş edib və ikinci dəfə MDB dövlət başçılarına, o cümlədən Paşinyanın özünə müraciət edib.

-Mən sadəcə olaraq şərh verməyə məcburam, çünki Ermənistanın baş nazirinin çıxışında mənim barəmdə söhbət getdi, hansı ki, mənim çıxışımda Ermənistan baş naziri və xüsusən də erməni xalqı haqda söhbət getmirdi. Hesab edirəm ki, Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı  ilk növbədə özü əvvəlki rəhbərlik tərəfindən ölkəyə yaxılmış bu ləkəni təmizləməlidir.

Əgər baş nazir mənə diqqətlə qulaq asıbsa o zaman yəqin bu məqamı tutub. Habelə hesab edirəm ki, QULAQ və repressiya qurbanlarının saxlanıldığı digər düşərgələrin məhbuslarını faşist əlaltıları və cinayətkarları ilə müqayisə etmək tamamilə yolverilməzdir. Mən öz çıxışımı təsadüfən sitatlarla möhkəmləndirmədim, bu sitatları internetdə və kitabxanada da tapmaq olar. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin müdafiə nazri Şoyqunun redaktəsi ilə hazırlanan 12 cildlik nəşrində kifayət qədər aydın göstərilir ki, həmin xadim (Qaregin Njde,-red) kim olub. Habelə mən onun sitatını, nə qədər çirkin olsa da, bir daha təkrarlayıram: “Kim Almaniya uğrunda ölürsə Ermənistan uğrunda ölür”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib.

Serj Sərkisyan Njdenin abidəsinin açılışında

Ona görə də mən hesab edirəm ki, ilk növbədə özünü demokratik yolla seçilmiş hesab edən yeni hakimiyyət bu ləkədən, bu rüsvayçılıqdan yaxa qurtarmalı və həmin heykəli sökməlidir. Mənim burada dövlət başçılarına hörmətsizlik etməyim barədə deyilənlərə gəldikdə isə yəqin ki, bizim toplantılarda bundan daha absurd tezis eşidən olmamışdı.

635x100

Şərhlər

Fikrətə 2019-10-11 13:02:39

İşğalçıya ani parterdədir? Azərbaycan xalqını bir olan Allah 90ların nokautundan, çoxillik siyasi-hüquqi seytnotdan qorusun, xilas etsin.

fikrət 2019-10-11 13:02:39

Qarabaq məsələsi necə olacaq? Cəhənnəmə olsun faşitdə ermənidə, Qarabaq necə olacaq ??

sual 2019-10-11 13:02:39

..NIYƏ, Orduya ƏMR VERILMIR, TEZLIKLƏ BASHLANSIN ANTITERROR ƏMƏLIYYATI ve ishqalchi ermeni eskerleri QOVULSUN AZƏRBAYCANDAN, KIMI GOZLƏYIRIK ??? NIYƏ, Elmar Memmedyarov IMITASIYANI DAVAM EDIR ???....

VUGAR 2019-10-11 13:02:39

Azərbaycan Prezidentindən sonra çıxış edən Ermənistan Baş naziri Paşinyan xalqının nasistlər üzərindəki qələbədə rolundan danışıb. BU ALCHAG ermenin adini vezifesini saytlar niye boyuk herfle yazir?!

Seyid 2019-10-11 13:02:39

Məqalənin başlığını oxuyanda elə bildim ki, paşiyana işğal etdikləri əraziləri boşaltmaq üçün konktet vaxt qoyulub...nə qədər ki, əhəmiyyətsiz söz-söhbətləri şişirdəcəyik, bir o qədər də Qarabağın azadlığı üçün hərəkətə keçməyəcəyik...

Millət vəkili 2019-10-11 13:02:39

"Terrorçu" ilə uzun-uzadı sülh danışıqları....? N.V.Paşinə aid etmək mümkün görünmür. Məgər, Keçmiş vətəndaşlarımız Köçəryan və S.Sərgisyan Qarabağ azad olunana qədər Bayıl, Lefortovo və ya Kürdəxanı təcridxanasında saxlanması ədalət haqqı deyildimi?

Son yazılar