YOL POLİSİNDƏ İŞ REJİMİ DƏYİŞDİ, 10 NƏFƏR QOVULDU - Nazir "rüşvət otaqları"nı ləğv edib...

Daxili İşlər naziri Vilayət Eyvazov yol polisi sistemində ciddi dəyişikliklər edib.

BakuPost.az xəbər verir ki, yol polislərinin iş rejimi tamamilə dəyişdirilib, Bakı Şəhər Yol Polisi İdarəsində daha çox “rüşvət otaqları” kimi tanınan kabinetlər ləğv edilib, orada çalışan əməkdaşlar yollarda xidmətə yönəldilib.

Nazirin əmri ilə bu gündən başlayaraq yol polisləri iki gündən bir işləyəcəklər, iş saatı 18:00-da bitəcək. Gecələr isə növbəlilik əsasında çalışacaqlar.

İndiyə kimi sutkada az qala 14 saat işləyən polislər üçün, bu, gözlənilməz qərar olub.

Vilayət Eyvazov Bakı Şəhər Yol Polisi İdarəsində təmizləmə işləri də aparıb. Bildirilir ki, onun tapşırığı ilə yoxlamalar aparılıb və 10 nəfər yol polisi əməkdaşı işdən uzaqlaşdırılıb, 20-yə yaxın əməkdaş barədə isə araşdırmalara başlanılıb.

635x100

Şərhlər

HARAY HAZİ 2019-10-11 15:18:41

(davamı) Z.Quliyev kimi Qanunu tanımadı və telefonda danışan zaman biliksiz olduğuna əmin oldum. 4 ay BDYPİ ilə Bakı ş. DYPİ arasında yollarda qaldıq, sonra Məhkəməyə şikayət ünvanladıq. Məhkəmə şikayətimizi təmin etdi. İndi mən bir nəqliyyatçı, bir avtomobil nəqliyyatı mühəndisi, bir hüquq müdafıəçısı kimi hesab edirəm ki, Zaur Quliyev və Kamran Əliyev işdən azad olunmaya qədər (bu, cənab Nazirin səlahiyyətindədir) ciddi cəzalanmalıdır ki, başqalarına da dərs olsun. Məhkəmə qərarını cənab Nazirə göndərəcəm

HARAY HAZİ 2019-10-11 15:18:41

Məqaləyə uyğun olaraq şərhlər yazmaqla bərabər cənab Nazirin nəzərinə çatdırıram ki, 5 ay 15 gün bundan əvvəl qohumuma yazılmış İXP-dan verdiyi şikayət Bakı şəhər DYPİ YPXA-nın inspektoru Zaur Quliyevin icraatında olan zaman, ondan qanunamüvafiq qaydada araşdırma aparmasını tələb etdik və Qanunu ona xatırlatdıq. Heç bir tədbir görmədi və Qanunu tanımadı. Bu barədə 15-16 dəfə yuxarı instansiyalara (Prezident Administrsiyasına qədər) şikayət ünvanladıq. BDYPİ YPX şöbəsinin rəisi Kamran Əliyev də (davamı var)

ilqar 2019-10-11 15:18:41

qiymet qalxib iananin semkir yoluna kamandir qoyublar adida cebusdu gencede basqasinin evinde tutdular ...guceye buraxdilar ......

nicat 2019-10-11 15:18:41

konkret hansi rüşvət otaqlari deyirsiz

HARAY HAZI 2019-10-11 15:18:41

Cənab Nazirin DYP sistemində etdiyi dəyişikliklər təqdirəlayiqdir. Xüsusən də büdcəyə ödəniləsi pulların mənimsənildiyi "rüşvət otaqları"nı ləğv etməsi. Qanunsuz əməlləri barədə ortaya qoyulan obyektiv faklar üzrə DYP, YPX əməkdaşları barədə də tədbir görməyin vaxtı çatıb. Əgər cənab Nazir həmin faklarda adı keçən əməkdaşlar barədə ciddi tədbir görsə, xalq arasında nüfuzu qat-qat artacaq və DYP sistemi də sağlamlaşacaq, insanlar nahaqdan incidilməyəcək, şikayətlərin sayı azalacaq. GƏRƏK YAZILNLAR ÇATSIN Kİ!

Vətəndaş 2019-10-11 15:18:41

Hörmətli cənab Nazir,Şəki də nömrə verən idarədə öklü kadr islahatları aparılsa,şəffaflıq öz yerini tapar..?

redaktor 2019-10-11 15:18:41

Buna da şükür amma DYP ilə bağlı görüləcə cox işlər var. Özbaşınalıq baş verə yol qəza hadisələrinn eydə alinmaması rüşvət və ya qanunsuz pul tələb olunmasi vəzifə saxtakarlıği və sair.

Vətəndaş 2019-10-11 15:18:41

Narahat olmayın Nuşi qaqa bunuda yoluna qoyacax.belə sınaxlardan çox keçib.Necə deyərlər bura Azərbaycandır..Bu ölkədə hər şeyin çarəsi var

AAgahuseyn 2019-10-11 15:18:41

İndi kabneetdə yox yolda yıqacaqlar.Meyvəli bazarından cıxan bütün sürücülər dairəyə daxil olur bu hərəkətin istiqaməti əksinə olduqu ücün qəza şəraiti yaranır.O qədər qanmaz sürücü var onlar qadaqan tərəfə hərəkət etdiklərini bilmirlər.Orada 742-743-və başqa Respubilka tabeliyində olan YP-işciləri onları saxlamır.Əksinə olaraq düz hərəkət edən sürücüləri saxlayır.Mən YP-si əməkdaşlarına irad tutdum ki,sizin bu əraziyə ğirməyə ixtiyarınız yoxdur varsa niyə onları saxlamırsız.DEDİLƏR BAZAR BİLİRSƏN KİMİNDİR.

adam 2019-10-11 15:18:41

Halal olsun! Yoldashim ,ele,bu 14 saatliq "ish rejimine" doze bilmeyib,vaxtindan evvel chixdi teqaude.Demeli,isteyende,her shey etmek olur.

HARAY HAZI 2019-10-11 15:18:41

"Rüşvət otaqları" deyilən otaqları ləğv edib, iş rejimini dəyişməklə çox şeyə nail olunmayacaq. Barəsində obyektiv şikayət olunan DYP əməkdaşı ciddi cəzalanmalı, hansısa bir sahəyə rəis təyin olunan əməkdaşdan həmin sahədə müsbətə doğru irəliləyişlər əldə etməsi, narazılıqları azaltması tələb edilməlidir. İctimai rəyə önəm verilməlidir. Şikayətləri qeyri-obyektiv araşdırıb, şikayətçını "yola vermək"lə süni narazılıqları artırmağın vaxtı keçıb artıq. Real iş tələbi olmasa, bu islahatların da xeyiri olmayacaq

veten dashi 2019-10-11 15:18:41

Salam Meyveli bazarin yanindaki nomre veren idareye de bir encam cekseler yaxshi olar.Orda bir polis mayoru oturub yiqim kamaniyasi aparir.Deyeceksiz yalan danishirsan.Rey sorqusu kecirin gorwn size ne yazarlar.

Son yazılar