HEÇ KİMİN GÖRMƏDİYİ “SİYAHIYAALMA” – Bu saxtakarlıq kimə lazım idi?

“Hazırlıq prosesinə 43 min insan cəlb olunub, sorğu vərəqələri artıq hazırlanıb. Əhalinin sayına uyğun vərəqələr hazırdır. 28 bənddən ibarət sorğuda 180 göstərici yer alıb. Əhalinin bu sorğulara tam, dolğun cavab verməsi mühüm əhəmiyyət kəsb edir...”

Bu, hələ ötən ilin dekabr ayında Nazirlər Kabinetində keçirilən iclasda Baş Nazirin müavini Əli Həsənovun əhalinin siyahıyaalınması prosesilə bağlı çıxışından sitatdır. Xatırladaq ki, Ə.Həsənov Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiyanın sədridir.

Planlaşdırıldığı kimi, oktyabrın 1-dən 10-dək keçirildiyi bəyan edilən siyahıyaalma artıq rəsmən bitmiş elan olundu. İndi isə reallığa baxaq. Siyahıyaalma bitdi, amma sayıcıları, sorğu vərəqələrini demək olar ki, “gördüm” deyən olmadı. Kim gördü həmin sorğuları aparan 43 min insanı, 28 bəndlik sorğu vərəqəsini, 180 göstəricini və sair? Əminliklə demək olar ki, elə hazırda bu yazını oxuyan vətəndaşların böyük əksəriyyətinin qapısını belə kimsə döyməyib, heç bir sorğu-filan, bir sözlə siyahıyaalma adlı iş aparılmayıb! Elə bu yazının müəllifi, redaksiyanın işçiləri, hər birimizin qohum-əqrəbaları, qonşuları arasında da heç bir siyahıyaalma-filan görən olmayıb.

Demək olar ki, əhalinin olduqca böyük qismi nə vərəqə gördü, nə də sorğu. Formal olaraq, haradasa guya məntəqələr yaradılaraq, əhalinin bu işə cəlb olunduğu görüntüsü yaradılsa da, reallıqda, demirik bütün ölkə əhalisini, heç olmasa onun böyük qismini əhatə edən sorğu keçirilmədi! Bunu insanların sosial şəbəkələrdəki paylaşımlarından da görmək olar.

Yeri gəlmişkən, yəqin ki, siyahıyaalmanı həyata keçirən şanlı Dövlət Statistika Komitəsinin (DSK) rəhbərliyi də sosial şəbəkələrdə qurumun bu “işi” barədə dərc olunan fikirlərdən xəbərdardır...

Yaxşı, belə olan təqdirdə, bəs kimə, nəyə lazım idi DSK-nın növbəti saxta statistikası? Bu da toyuq, yaxud yumurta sayı deyil ki, hörmətli DSK rəhbərliyi ağlına gələn rəqəmləri yazıb qoysun ortaya və desin ki, iş gördüm! Axı istər Əli Həsənov, istərsə də DSK rəhbəri Tahir Budaqov danışanda əhalinin siyahıyaalınmasının hətta strateji əhəmiyyətli bir tədbir olduğunu iddia edirdilər. Belə yanaşılmalıdırmı strateji və dövlət əhəmiyyətli tədbirə? Hətta bəyənmədiyimiz SSRİ dövründə də siyahıyaalmaya bu dərəcədə saxta və formal münasibətə, yəqin ki, rast gəlinməyib.

Bu mənzərəni görəndən sonra istər-istəməz sual yaranır ki, analoqsuz Statistika Komitəmizin keçirdiyi yalan-palanla müşayiət olunan bir tədbirə, ən əsası isə əhalinin boğazından kəsilərək, bu işə Dövlət Büdcəsindən 23.2 milyon manatın ayrılmasına nə ehtiyac vardı? Hara, nəyə getdi bu 23.2 milyon manat? Və bizim DSK-dan bundan artıq nə gözləmək olardı ki? Əgər məqsəd sadəcə 23.2 milyon manatı “silmək” idisə, onda daha sözümüz yoxdur...

Məsələ ondadır ki, bu ölkədə əhalinin ən mükəmməl qeydiyyat sistemi Daxili İşlər Nazirliyində mövcuddur. Nəzərə alsaq ki, artıq uşaqlara da şəxsiyyat vəsiqəsi verilir, deməli DİN-in məlumat bazasında əhalinin sayı, yaşı və s. ilə bağlı məlumatların əsas hissəsini tapmaq olar.

Bu ölkədə hər bir doğulan və ölən şəxsin müvafiq qurumlarda qeydiyyatı aparılır. Ölkəni tərk edən və gələnlərin sayı sərhəd xidməti tərəfindən, pensiyaçıların, əlillərin, işləyənlərin, işsizlərin, tələbələrin, şagirdlərin və digər kateqoriyalara aid vətəndaşların sayı, əhali qruplarının tərkibi və s. də digər nazirliklər və dövlət strukturları tərəfindən bir-bir qeydiyyata alınır.

Demək istədiyimiz odur ki, heç bir syahıyaalma aparmadan da, müvafiq qurumlarda mövcud olan real rəsmi göstəricilərdən istifadə etməklə, ümumi mənzərəni kifayət qədər dəqiq və aydın şəkildə görmək olar. Guya indi siyahıyaalma adı ilə yalançı bir tədbir keçirən DSK nə edəcək ki? O da böyük ehtimalla, sadəcə yuxarıda sadaladığımız qurumlarda mövcud olan real göstəriciləri götürüb, toplama-çıxma apararaq, ortaya hansısa nəticələr çıxaracaq.

Sözsüz ki, bir müddət sonra da əhalinin sayı və digər göstəricilərlə bağlı məlumatlar ortaya qoyulacaq. Və bəyan ediləcək ki, guya həmin rəqəmlər və göstəricilər əhali arasında aparılan sorğulardan sonra üzə çıxıb. Yalandır! Müşahidələr onu deməyə əsas verir ki, əslində, siayahıyaalma başlamadan artıq nəticələr hazır və məlum idi...

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Kanan Gasimli 2019-11-26 12:43:08

Mən şəxsən özüm "sayıcı" kimi siyahiya alinmada iştirak etmişəm.Qapı-qapı gəzib əhalini tam dəqiqliklə siyahıya almışam.Bizdə dəqiqliklə Yerinə yetirilib.Biləsuvar Rayonu,Səmədabad kəndi

Elnura 2019-10-12 07:00:43

Bizə gəldilər axşam sualların verdilər siyahıya alıb getdilər .bir gəlmişdilər evdə olmamışıq.bir neçə dəfə gəlillər evdə tapmayanda məcbur jekdən soruşurlar.

Kargüzar 2019-10-12 07:00:43

37, ya 50 min qabil şəxs siyahıya alınanların öz doldurması ilə də 10 günə bu işi mükəmməl icra edə bilməzdi. Digər səbəb də uyğunsuz nəticə olacaqdı? Ölkəmizdə on milyon adam yaşayırmı? Naxçıvanda(400min) ən çoxu 50 min ailə, Qarabağda ən çoxu 30 min ailə. Erməni və silahlıları ilə birgə də on milyon say naməlum görünür?

Əli 2019-10-12 07:00:43

Kimi ki siyahıya almayıblar demıəli siz heç kimə lazım deyilsiniz

ss 2019-10-12 07:00:43

Niye indiye geder,nazir,deputat,umumiyyetle memurlarin milli mensubiyyeti hagda melumat verilmir? Tolerantlig damgasi vurub... Ermenistan, Israil,Rusiya,Yunanistan ve s.,olkelerde tolrrantlig var?Ehalisinin 90 % azerilrrden ibaret olkede vezifelere ...

Yeraz 2019-10-12 07:00:43

mən onları qapıdan qovdum

pensiyacı 2019-10-12 07:00:43

hörmətli həmvətənlərimiz. nə qədərki bu büdcə pulunu xalq dövlət malını dagıdanlara qarşı təsirli tədbirlər görülməyəcək ən əsası ogurlanan pullar kimliyindən asılı olmayaraq ogurlayandan alınıb dövlətə qaytarılmayacaq milyard yeyənə 5 ya on il verib bu işin üstündən kecəcəklərsə bu dövləti zəiflətmə davam edəcək.bu proses planlı şəkildə dövlətin iqtisadi dayaqlarını sarsıtmaq onu zəiflətmək qüdrətdən gücdən salmaq adlanır.bizim ən böyük bəlalarımızdan biridə budur.

Eldəniz Şahmarov 2019-10-12 07:00:43

Mənim yaşadığım ünvana gəlməyiblər və məni də qonsularimzi da siyahıya alınmayıb...

Oqtay 2019-10-12 07:00:43

Bu yaşıma qədər cox yalanlar və pripiskalar görmüşəm.Sovet vaxtında Moskvanın qorxusundan pambıq ,ət,süd,üzüm və başqa pripiskalar görmüşəm seçgilərdə səslərin pripiskasını görmüşəm ancaq siyahıya alma pripiskası görməmişdim.İndi ki biz suveren dövlətik kimi aldadırıq? Bu kimə lazımdır?Bəs deyilmi yalanlar?

TARİX 2019-10-12 07:00:43

ŞƏXSƏN MƏN BU BARƏDƏ HEC BİR SƏNƏD ALMAMIŞAM. ADİCƏ SAXTAKARLIQDIR.DÜŞMƏNLƏRİMİZƏ İŞLƏYƏN İNSANLAR BARƏSNİNDƏ DÖVLƏTİMİZ TƏDBİR GÖRMƏLİDIR.HƏTTA ERMƏNİLƏR BU BARƏDƏ YANDEX-DƏ YAZIB AZƏRBAYCANI BİABIR EDİBLƏR.HARAM OLSUN O MƏMURLARA Kİ,DÖVLƏTİN CÖRƏYİNİ YEYİB ONA XƏYANƏT EDİRLƏR.

Sus 2019-10-12 07:00:43

Bu yazı məmurlarınəsil eybəcər sifətini göstərir.Daha bundan da böyük rəzalət olmaz!(!-olanda hər şey öz həllini tapır-haha...)

Roma 2019-10-12 07:00:43

Bu yazının müəllifi ilə razıyam. Belə ki, seçki keçirilməsini nə mən nə ailə üzvlərim nə bir qonşu və s. və i. görmədik, hiss eləmədik. Ümumiyyətlə gərək bu işə rəhbərlik edən şəxs Əli Həsənov olmamalıydı, inanın səmimiyyətimə hər hansı bir digər şəxs bu işi heç olmasa bundan xeyli yaxşı təşkil edərdi. Yazı müəllifi ilə razıyam ki, DİN-in bazasından məlumatları götürüb məsələni qısa bir müddətdə yerinə yetirmək olardı və 23.2 milyonun da ən aşağısı 20 milyonuna qənaət olunardı.

Edalet 2019-10-12 07:00:43

Bu saxtakarliq 23 milyonu yeyib ,ustunnende su icmek ucun idu.

fuad 2019-10-12 07:00:43

Qurtarmadi bunlarin saxtakarliqlari

Omer 2019-10-12 07:00:43

Cox human ki, orta emek haqqi be basqa statistika belede hesablanir.. biabirciliqdi.. BUCCEDEN OKI VAR YEYILIB YEQIN

Şəkidən 2019-10-12 07:00:43

Siyahıya alınma farmal xarakter daşıyıb...

Azin 2019-10-12 07:00:43

Çox doğru yazıdı. Her şeyi jekler hell edir Bir adam 2 ve daha çox yerdə siyahıya alınıb

alı 2019-10-12 07:00:43

Mənim ailəm bu sorguya cəlb olunmayıb.Maraq üçün qızımın, oglumun, bacılarımın,2 bacanagımın, qaynımın, 4 yaxın tanışımın, həmçinin qunşumun da ailələrindən heç kimin bu siyahıyaalmadan xəbəri olmadıgını zəng edərək aydımlaşdırdım.Maraqlıdır bu kimə və nəyə lazım idi.Yəni dogurdanmı bunu təkcə budcə pulunu mənimsəmək üçün belə vəziyyət yaradılıb?

Rəsmiyə 2019-10-12 07:00:43

Siyahıya alma üçün bizim eve gelibler, evde olmamışıq ve axşam tekrar geldiler ve sualların verib, siyahıya aldılar.

AAgahuseyn 2019-10-12 07:00:43

Mənim 3-oqlanlarımin 3-qardaşımın və qonşularımın ünvanında siyahıya alınma aparılmayıb bu Dövləti aldadıb pul mənimsəmə əməliyatı olub.Bu ölkəyə onun PREZİDENTİ CƏN.İ ƏLİYEVƏ XƏYANƏT ETMƏKDİR.Belə qarışıq bir dövürdə edənlərin bir adı var-vətənə və CƏN.İ ƏLİYEVƏ XƏYANƏT.

Eldəniz Şahmarov 2019-10-12 07:00:43

Mənim yaşadığım ünvana gəlməyiblər və məni də qonsularimzi da siyahıya alınmayıb...

Mikrorayon vətəndaşı 2019-10-12 07:00:43

Bakənın mikrorayonlarında (burada 9 mikrorayon və hər mikrorayonda ortalama 45-50 min əhali yaşayır) nə siyahiyə alanları, nə vərəqələri,nə də də sualları görən olmayıb. Deməli 450 mindən çox insanın bu siyahıya almadan xəbərləri olmayıb.Elə bu siyahiyə alma da Statistika idarəsinin yaydığı, ölkədə 4.90 faiz işsizin olası misalı kimi yalan,formal və saxta iş olub.Siyahiyə alma adı ilə dövlət büdcəsi talanıb!

Son yazılar