Avropa liberalları da Azərbaycandakı prezident seçkilərini saxta elan etdi

“Qəbul edilən beynəlxalq normaları kimlər qorumursa məhz elələrinin ittiham olunması odluqca vacibdir”

Avropa Liberal və Demokratlar Alyansı Partiyası (ALDAP) Azərbaycandakı prezident seçkilərini müşahidə edən missiyanın birgə rəyini qəti şəkildə rədd ediblər. “Avropa uğrunda Libearal və Demokratlar Alyansı”nın prezidenti və Avropa Parlamentinin deputatı Ser Qrexem Uotson AŞPA və Avropa Parlamentinin müşahidə missiyasının Azərbaycanda prezident seçkilərinin “azad, ədalətli və şəffaf keçməsi” haqda birgə rəyindən sarsıldığını bəyan edib.

“Avropa Şurası bizim qitədə insan haqlarının müdafiəçisi hesab edilir. Hamı qəbul edir ki, Azərbaycanda bu haqlara heç zaman hörmət edilməyib, demokratiyanın səviyyəsi və qanunların aliliyi isə heç vaxt yüksək olmayıb. AŞPA və Avropa Parlamentinin hesabatına gəlincə isə, əgər seçkilərin nəticələri bu qədər acı olmasaydı, o zaman bu hesabatlar ancaq gülüş doğurardı” deyə qurum lideri qeyd edib: “Seçkilərin nəticələrinin seçki məntəqləri hələ bağlanmamış elan olunması səsvermənin bütünlüklə saxtalaşdırıldığını göstərir. Bundan əlavə, Azərbaycan hökuməti tərəfindən dəvət olunan Avropa Parlamentinin ”ştatdankənar" deputatlarının davranışı isə daha qəbahətli idi".

Uotson hesab edir ki, belə situasiyada “qəbul edilən beynəlxalq normaları kimlər qorumursa məhz elələrinin ittiham olunması odluqca vacibdir”. “Bu normaların yerinə yetirilməməsi dünyamızda aparıcı xeyirxah qüvvələr kimi tanınan Avropa Parlamentinə və Avropa Şurasına etimadı sarsıdır”deyə Q.Uotson qeyd edir.

Sıralarında 50 ölkədən olan partiyaları birləşdirən ALDAP Avropanın aparıcı alyanslarından

biridir (Turan).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar