Bu ilin 9 ayında Naxçıvanın dəmir yolu nəqliyyatında 255 min 377 ton yük daşınıb

Cari ilin ötən 9 ayında Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyatından 121 min 106 sərnişin istifadə edib.

"Report" xəbər verir ki, bu barədə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, ilin 3 rübündə dəmir yolu ilə 255 min 377 ton yük daşınıb. Bu il xidməti ərazidə zəruri infrastrukturların yaradılması və maddi-texniki təminatın yaxşılaşdırılması məqsədilə Ordubad-Culfa sahəsində hərəkət edən yük-sərnişin qatarlarında dartı vasitəsi kimi istifadə olunması məqsədilə 1 ədəd ÇME-3 seriyalı 6069 saylı yeni manevr teplovozu Gürcüstan və Türkiyə üzərindən keçməklə muxtar respublikaya gətirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar