Gürcüstanda silahlı insidentlə bağlı daha bir azərbaycanlı saxlanıldı

Tbilisidə cinayət haqqında məlumat verəməməkdə ittiham olunan 1996-cı il təvəllüdlü R.M. adlı azərbaycanlı gənc saxlanılıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs ötən gün Marneulidə baş verən silahlı insident barədə polisə xəbər verməyib.

“Report” xatırladır ki, ötən gün Marneulidə çayxanalardan birində atışma baş verib. Nəticədə iki gənc yaralanıb. Onlar xəstəxanaya çatdırılıb. Gənclərdən biri əməliyyat edilib. Gənclər arasında mübahisəyə keçmişdə baş verən fikir ayrlığı səbəb olub.

Çayxanada atəş açan azərbaycanlı gənc hadisə yerindən qaçsa da, insidentdən bir neçə saat sonra saxlanılıb. Onu 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar