TRAMPIN "NORMAND ARQUMENTİ"... - "Onlar ikinci dünya müharibəsini udmaq üçün bizə kömək etməyiblər"

Sionistlər yenə Türkiyəyə qarşı kürdlərdən istifadə edib, və məqamı çatan kimi,  onlardan üz döndərdilər

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp özünün «istedadı»na və tələsik davranışına haqq qazandırmaq üçün «lazım olan» arqumentləri düşünüb tapmaq bacarığı ilə hamını təəccübləndirməkdə davam edir.

Ağ Evin başçısı oktyabrın 9-da yenidən ABŞ qoşunlarının Suriyanın şimal-şərqindən çıxarılması barədə verdiyi qərarın müdafiəsi istiqamətində yeni arqument irəli sürüb. Məlumdur ki, Trampın bu qərarı Suriya kürdlərini Türkiyə ordusu ilə üz-üzə qoyub.

Trampın sözlərinə görə, kürd silahlılarına hərbi kömək çox baha başa gəlib.

«Bizim müttəfiqlrimiz (kürd silahlılar - red.) sadəcə, bizdən istifadə ediblər» - deyə, ABŞ lideri bildirib və əlavə edib ki, kürd silahlıları öz ölkələri uğrunda vurşurlar.

Ancaq prezident bununla da kifayətlənməyib. «Mən, çox güclü bir məqalə oxumuşam. Onlar (kürdlər - red.) İkinci dünya müharibəsini udmaq üçün bizə kömək etməyiblər. Onlar, Normadiyaya çıxmaq üçün bizə kömək etməyiblər» - Tramp qeyd edib.

Bununla bərabər, Tramp həm də özünün seçkiqabağı (2016 ildə) vədlərini - Yaxın Şərqdə hərbi münanişələrdə ölkəsinin iştirakına son qoymaq barədə vədlərini xatırladıb.

Bu gün qərb KİV-nin qeyd etdiyi kimi, ABŞ prezidentinin sözləri və hərəkətləri hətta onun silahdaşlarını belə, «şok»a salır.

«Tramp administrasiyası tərəfindən vicdansızcasına atılmış kürd müttəfiqlərimizə dua edin. Bu qərar bölgədə İŞİD-in yenidən baş qaldırmasına zəmanət verir» - deyə, respublikaçı senator Lindsi Qrem bəyan edib.

Hamıdan artıq qəzəblənən isə Suriyadakı kürd silahlılar oldu - Tramp tərəfindən faktiki olaraq «taleyin ümidinə» buraxılmış silahlılar. İndi onlar Trampı sərt tənqidlərə məruz qoyurlar.

Suriyadakı terrorçu kürdlərinin komandiri Məzlum Abdi bəyan edib ki, onun həmvətənlərinin gözündə Birləşmiş Ştatlar və onun prezidentinin bundan sonra Türkiyə və onun lideri Rəcəb Tayyip Ərdoğandan heç bir fərqi yoxdur.

İndi isə gəlin fikirləşək: Tramp o qədər ağılsız ola bilərmi ki, Türkiyə kimi güclü dövləti bir dəstə kürd «qladiator»unun maraqlarına dəyişsin? Kürd silahlılar bunu anlamalı idilər.

Sadəcə, ötən illərdə ABŞ və Avropa gücləri, o cümlədən, sionistlər öz maraqları naminə Suriyadakı  kürdlərin bir hissəsindən qladiator qismində istifadə ediblər.

Hələ təxminən, 10 il bundan əvvəl yazmışdım ki, sionistlər Türkiyəyə qarşı kürdlərdən istifadə edirlər və məqamı çatan kimi, «prozelit» (dönük) deyib də onlardan üz döndərəcəklər! Tarixdə bunun analoqu olub - yəhudilər kürdləri «prozelit» adlandırıb da sinaqoqdan qovublar…

Göründüyü kimi, indi tarix yenidən təkrar olunur. Türkiyə isə haqlıdır -Suriyadakı silahlı kürdlər sadəcə, düzgün yolda deyillər, vəssalam.

Yazımı tanııdığım bir yezidi kürdün sözləri ilə yekun vurmaq isiəyirəm: «Çörək verən əli kəsməzlər»!

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Türk 2019-10-12 08:53:45

Kürd terrorçular həmişə yəhudu, erməni və bütün xristyanların tırkasına gedərək, müsalmanlara, əsasən də böyük Türk millətinə xəyanət edərək arxadan vurublar.

Son yazılar