"Barış pınarı": Suriyada 459 terrorçu məhv edilib 

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 459 terroçusu zərərsizləşdirilib.

“Report” “Hurriyet”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

635x100

Şərhlər

Dəxi 2019-10-12 22:35:26

Kim nə deyir desin. Suriyada iğtişaşçılar silahlanandan belə qətiyyət gərəkdi? Son otuz il Azərbaycanda da bu hal məcbur edir ki, ölkəsinə-ailəsinə silah qaldıran onu yerə qoymursa o(onlar), zərərsizləşməli olur. Bəşər Əsəd idarəsini istəmirsiniz istefa versin və ya impiçment edin? Türkiyə də illərlə silahlıları zərərsizləşdirmək əvəzinə barışığa çalışıb? Dünyada yüz ildir siyasi ad altında Daşnaq, PKK, Taliban, Əl-Qaid və İŞID kimi silahlı dəstələr banda kimi formalaşıb qloballaşırlar da?

Son yazılar