Azərbaycan cüdoçusu Avropa kubokunda bürünc medal qazanıb

Estoniyada cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib."Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Aleksandra-Larisa Florian bürünc medal qazanıb.

Qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan millimizin rumın legioneri yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya uduzaraq 3-cü yeri tutub. Florian bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi Nora Bannenberqə qalib gəlib.

Qeyd edək ki, Tokio Olimpiadasına lisenziya xalları verən Tallin turnirində 35 ölkədən 292 cüdoçu yarışır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar