AVROPARLAMENT "RUSİYA DEZİNFORMASİYASI" İLƏ MÜBARİZƏYƏ QALXDI! - Qətnamə qəbul olunub

«The Guardian» qəzetinin yazdığına görə, Avropa Parlamenti «Rusiya dezinformasiyası» ilə mübarizə üzrə yeni qətnamə qəbul edib. Təklif olunan tədbirlər sırasında «East StratCom» strukturuna və dövlət KİV-ə dəstəyin artırılmasına çağırış, «Fasebook»-un ünvanına tənqid, həm də Rusiyanın dezinformasiyasına qarşı durmaq üçün strtategiyanın yaradılması barədə Avropa dövlətlərinin hökumətlərinə təkliflər yer alıb.

Avroparlament bu qətnaməni Rusiya tərəfidən yayılan «həddindən artıq» təhlükəli dezinformasiyalara qarşı durmağı nəzərdə tutan tədbirlərin gücləndirilməsi məqsədilə qəbul edib.

Sənəddə həm də «East StratCom» strukturunun möhkəmləndirilməsinə çağırış yer alıb. Bu struktur təbliğatla mübarizə aparmaqla məşğul olur. Eyni zamanda, rəsmi dövlət KİV-lərinə böyük dəstək göstərilməsi nəzərdə tutulur.

Bununla yanaşı, nəşr xatırladır: «East StratCom»-un işini ona görə tənqid ediblər ki, bu qurum satirik və qeyri-ondinar məqalələri də uydurulmuş  iddialar sırasına aid edir.

Məqalə müəllifi qeyd edir ki, Haycel Farac və onun «breksit partiyası» bu qətnamənin əleyhinə səs verib. Ancaq o, Avroparlamentdəki nəhəng Xalq partiyasının, liberalların və yaşılların sayəsində səsvermədən keçib.

Təşəbbüsün əleyhinə çıxdığı üçün Faracı elə öz həmvətənləri tənqid ediblər. O isə cavab olaraq qeyd edib ki, «Rusiyanın müdaxiləsi barədəki tarixçə əsassız təbliğatdır ...

Qətnamə müəllifləri olan  deputatlar «Feysbuk»u da tənqid ediblər ki, o, sızmaların qarşısının alınması barədə Avroparlamentin tələblərinə əməl etmir. Sənəddə o da qeyd olunur ki, deputatlar «Rusiyanın çox təhlükəli təbliğatından dərin narahatlıq keçirirlər».

AzPolitika.info

635x100

Şərhlər

Veteran 2019-10-13 09:38:41

Ancaq mence dunyada ABŞ -dan heyasiz "dezo" ile mewgul olan ikinci bir dovlet yoxdur. Bunlarin deyesen yadindan cixib, 2003-cu ilde BMT meclisinde dovlet katibi Kolen Pauel icerisinde ag parawok olan wuweni elinde silkeyenden sonra Seddam Huseyinin bogazina kendir kecirdiler! Afrika olkesi olub varli ereb olkeleri ile muqayise olunan Liviyani yene de hemin ABS "dezo" yaya-yaya xarabazarliga cevirdi!

Son yazılar