Saakaşvilinin və xanımının əmlaklına həbs qoyuldu

Gürcüstanın Baş Prokurorluğu eks-prezident Mixail Saakaşvili və xanımı Sandra Rulofsun əmlakına həbs qoyub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq prezidentin vəkili Otar Kaxidze Saakaşvilinin anası və nənəsinin əmlakına da həbs qoyulduğunu deyib.

“Həbs qoyulan əmlaklar arasında Saakaşvilinni nənəsinə məxsus köhnə maşın və torpaq sahəsi də var”.

Otar Kaxidzenin sözlərinə görə, məsələ ilə bağlı onlar Strasburq İnsan Hüquqları Məhkəməsinə şikayət etmək niyyətindədirlər.

Qeyd edək ki, Mixail Saakaşvili yeni prezident Georgi Marqvelaşvili ötən ilin payızında and içdikdən sonra ölkəni tərk edib. Bir neçə ay əvvəl isə Gürcüstan Prokurorluğu onun barəsində cinayət işi açaraq, beynəlxalq axtarışa vermişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar