ƏRDOĞAN BRİTANİYANIN İSTƏYİNİ DƏ RƏDD ETDİ - Consonun xahişinə “yox” dedi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş Naziri Boris Conson arasında telefon danışığı olub. Türkiyə KİV-nin məlumatına görə, telefon söhbətində Türkiyə Prezidenti “Barış bulağı” əməliyyatının məqsədləri barədə Britaniya Baş Nazirinə məlumat verib.

B.Consonun Ərdoğandan Suriyanın şimalında aparılan əməliyyatın dayandırılmasını istədiyi bildirilir. Bundan əlavə, Conson Ərdoğana İngiltərənin əməliyyatı dəstəkləməyəcəyini açıq şəkildə bəyan edib.

Prezident Ərdoğan isə Suriyanın şimalındakı PKK-YPG təhdidinin tam aradan qaldırılmasına qədər əməliyyatların davam etdiriləcəyini, doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan suriyalıların könüllü və təhlükəsiz şəkildə geri qayıtmalarının təmin olunacağını vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar