Sabah Bakının bu küçələri bağlı olacaq - Siyahı

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Mehdi Hüseyn, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Azadlıq, Neftçilər prospekti, "Azneft" dairəsi, Parlament, Heydər Əliyev, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələrində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və ya istiqamət dəyişdiriləcək.

Qeyd edək ki, sentyabrın 20-də Albaniya, Böyük Britaniya, Gürcüstan, Yunanıstan, İtaliya, ABŞ, Türkiyə və Monteneqronun rəhbər şəxslərinin iştirakı ilə Bakıda Cənub Qaz Dəhlizinin tikintisi və “Əsrin müqaviləsi”nin 20 iliyinə həsr olunmuş mərasim keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar