MÜSAVAT PARTİYASININ BAŞQANI SEÇİLDİ - Səsvermənin nəticələri açıqlandı 

Müsavat Partiyasının IX qurultayında səsvermənin nəticələri elan edilib. Səsvermənin nəticələrinə görə Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib

"AzPolitika.info"nun məlumatına görə bu barədə sesvermənin nəticəsi barədə məlumat verən Say Komissiyasının sədri Gülağa Aslanlı bildirib. Bülletenlər jurnalistlərin müşahidəsi altında sayılıb. 333 bülleten etibarlı, 5 bülleten etibarsız hesab olunub.

Namizədlərdən Arif Hacılı səslərin 262-ni, Tofiq Yaqublu 51-ni,  Yadigar Sadıqlı isə 20-ni alıb. Beləliklə, A.Hacılı Qurultay iştirakçılarının səslərinin 50 faizindən artığını qazandığı üçün partiyanın başqanı seçilib.

Qeyd edək ki,  sesvermənin nəticəsinə İsa Qəmbərin son anda söz alaraq Arif Hacılını yenidən dəstəkləməsi, digər namizədləri ittiham edən fikirlər səsləndirməsinın də ciddi təsir göstərdiyi bildirilir .

***

Müsavat Partiyasının  yeni başqanının kim olacağı yaxın dəqiqələrdə bilinəcək. "AzPolitika.info"nun məlumatına görə, bir qədər əvvəl səsvermə prosesi başa çatıb. Hansı səslərin keçərli hesab olunması razılaşdırıldıqdan sonra büllütenlərin sayılmasına başlanılıb.

Qurultayda partiya sədri ilə yanaşı Mərkəzi Nəzarət-Təftiş Komissiyasının və  Məclis üzvlüri də seçiləcək.

Xatırladaq ki, partiya başqanlığına 3 nəfər namizədliyini irəli sürüb. Bunlar hazırki başqan Arif Hacılı, partiyanın Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır.

Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə 10, Məclis üzvlüyünə isə 116 nəfər namizədliyini irəli sürüb.

635x100

Şərhlər

patriot 2019-10-13 18:42:05

saxta secki isa və arif !!!AZƏRBAYCANDA bir partiyada aşkarlandi saxta secki ilə YAP musavat ayrilmaz qardaş partiyasi!!! xalq TOFİQ BƏYƏ SƏS VERİR siz isa və arif...

Alı 2019-10-13 18:42:05

Bu seçimi edən part-dan DEMOKRATİYA gözləməyin adını siz deyin.Demək olar ki, böyük kəsim inanırdı ki, A.Hacılı Musavatı irəi cəhənnəm,geriyə apardı.Bundan sonra hakimiyyətdən nəsə ummaga dəyərmi.Yəni illərdir A.Hacılının edəcəyinin bir az da pisini yaşamalıyıq.Eynilə hakimiyyətdə belədir. Sizi hakimiyyətdən nə fərqləndirir MUSAVAT.Dogurdanda bu partiya indiyə də MUSAVAT yox İSAVAT İMİŞ.İndi də oldu PENSİYADA OLAN İSAVAT PARTİYASI.Yəni 1990 cı ildən bəri ömürlük hakimiyyətə gələ bilməyən PENSİYAÇI PARTİSİ

t.ədalət 2019-10-13 18:42:05

Musavat partiyası elə beşinci kolondur.Rusiya da istəmirdi ki,başqan türk olsun.İ.Qənbər də buna çalışdı.Şərqdə ilk demokratik Cümhuriyyəti quranlar türklər idi....

Ələkbər 2019-10-13 18:42:05

Beləliklə Müsavatın atehəsi oxundu!

Edalet 2019-10-13 18:42:05

Bunlar indiden saxtakarliq edir ki.Hakimiyyete gelseler gor ne edeller.

Son yazılar