“Ədalətsiz seçkilər oldu” - Yadigar Sadıqlı
Baxiş sayı:
Dərc olunub:
13/10/2019 - 18:49
"Düzdür, ədalətsiz seçkilər oldu, amma saxtakarlıqla bağlı bir şey deyə bilmərəm".
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının qurultayında səsvermənin yekunlarına münasibət bildirən başqanlığa namizəd Yadigar Sadıqlı söyləyib.
Y. Sadıqlı deyib ki, Müsavat Partiyasına yeni istiqamət, yeni vizyon, yenilənmə təklif edib: “Qəbul etmədilər. Dəyişmək istəmədilər, tənəzzülü seçdilər. Müsavata keçmiş olsun"
Digər namizəd Tofiq Yaqublu isə Arif Hacılını qələbə münasibəti ilə təbrik edib.
Qeyd edək ki, bu gün Müsavat Partiyasının IX qurultayında Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib. Arif Hacılı 262, Tofiq Yaqublu 51, Yadigar Sadıqlı isə 20 səs toplayıb.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Bundan sonra Müsavat da oldu Ağamalıoğlunun partiyasının tayı. Hansı demokratiyadan,hüquqdan danışacaqlar? Müsavat da oldu iqtidarın balası.Guya İsa Qənbər boş yerə Hacıyevi göstərdi?