Hakan Şükürdən Ərdoğana ağır ittihamlar

Türkiyə mətbuatı Türkiyənin futblol əfsanəsi, müstəqil millət vəkili Hakan Şükürün prezident Erdoğanı ittiham edən açıqlamasını yayıb.

Xəbərə görə, H.Şükür Erdoğanın “Bank Asya”nın batması və bankın bərpasına çalışmadıqları açıqlamasına hiddətlənib.

H.Şükür Erdoğanı bir bankın yardımı üçün keçirilən aksiyanı dəstəkləməməkdə ittiham edib. ““Kerri “İŞİD nefti Türkiyə üzərindən gedir” ifadəsini önünüzə qoyanda cavab verə biləcəksinizmi? Qərb sizə “terror qruplarını dəstəkləyənlərin kimlər olduğunu bilirsinizmi?” sualına cavab verə biləcəksinizmi?”, -deyə Erdoğana ittihamedici suallar ünvanlayıb.

“Erdoğan öz mənfəətləri, öz günahları üçün vətəni və milləti gözdən çıxarmış insandır”, - deyə Türkiyə prezidentinə ağır ittiham irəli sürür.

Məşhur futbolçu Hakan Şükür hakim “Ədalət və Dirçəliş Partiyası”ndan millət vəkili seçilib. 2013-cü ilin dekabrında Türkiyənin hüquq-mühafizə orqanları rüşvət və korrupsiya ilə bağlı əməliyyatlar keçirib. Erdoğan hökuməti üzvlərinin rüşvət alması və korrupsiyaya bulaşması kimi faktlar aşkarlanıb. Bundan sonra Erdoğan bu əməliyyata görə Fetullah Gülenin rəhbəri olduğu “Hizmet” hərəkatını təqsirli sayıb və onlara qarşı mübarizəyə başlayıb. Bu haqsızlığa etiraz olaraq, H.Şükür partiya sıralarından istefa verib. Müstəqil millət vəkili kimi fəaliyyət göstərməyə başlayıb. Hakim partiyanın millət vəkilliyindən də istefa verməsi tələbi üzərinə H.Şükür “məni partya yox, millət millət vəkili seçib”, deyə millət vəkilliyinədn imtina etməyəcəyini bildirib. /contact.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar