"Daş yuxular" İrəvanda yenidən "bestseller onluğu"na qayıtdı

Ekrem Eylisli 2_1(1)Sentyabrın 19-da “Armenpress” agentliyi “Yerevan bestselleri” layihəsi çərçivəsində ən çox satılan kitabların reytinqini açıqlayıb.

Azərbaycan yazıçısı Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” romanının tərcüməsi (“Edit print” nəşriyyatı) yenidən onluğa qayıdıb. (Kitab Ermənistanın 3 nəşriyyatında çap edilib )

Azadlıq Radiosunun məlumatına görə, “armenpress” agentliyi yazır ki, ermənicə çapından ilyarım keçsə də, erməni oxucularının romana marağı ölmür.

Onluq tam şəkildə belədir:

1. Gabriel Garcia Marquez “Yüz ilin tənhalığı”

2. Gabriel Garcia Marquez “Vəba zamanı eşq”

3. Gabriel Garcia Marquez “Mənim kədərli fahişələrim”

4. Antoine de Saint-Exupéry “Balaca şahzadə”

5. Qriqor Narekatsi “Kədərli mahnılar kitabı”

6. Levon Xeçoyan “Mqer qapısı”

7. Qriqor Narekatsi “Kədərli mahnılar kitabı” (Fərqli nəşr)

8. Vaqram Saakyan “Muzdlu intiharçılar”

9. Bernhard Shlink “Qiraətçi”

10. Əkrəm Əylisli “Daş yuxular”

[caption id="attachment_55982" align="alignleft" width="300"] "Daş yuxular" erməni dilində[/caption]

“Armenpress” nəşriyyatı Ə.Əylislinin romanını “azərbaycanlıların ermənilərə qarşı vəhşiliklərindən bəhs edən roman” kimi təqdim edir. Yazıçını Azərbaycanda bu romanı ilə tarixi təhrif etməkdə, azərbaycanlıları aşağılamaqda ittiham ediblər. Ə.Əylisli isə deyir ki, onun məqsədi əksinə Azərbaycan xalqını yüksəltmək olub, çünki əsərdə erməni poqromlarına qarşı çıxan baş qəhrəman məhz azərbaycanlıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar