AVRO-2020: Polşa və Rusiya final mərhələsinə vəsiqəni təmin edib

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti matçlar keçirilib.

"Report"un məlumatına görə, 4 qrupda qarşılaşma təşkil olunub. C, E və G qruplarında iki, İ qrupunda isə üç oyun baş tutub.

E qrupunda yer alan Azərbaycan millisi səfərdə Macarıstana uduzub - 0:1. Qrup lideri Xorvatiya isə Uelslə heç-heçə edib - 1:1.

C qrupunun favoritlərindən Hollandiya səfərdə Belarusu, Almaniya isə Estoniyanı məğlubiyyətə uğradıb.

İ qrupunda final mərhələsinə vəsiqəni öncədən təmin edən Belçika növbəti qələbəsini qazanıb.

Səfərdə Kipri üstələyən Rusiya (5:0) da AVRO-2020-nin əsas mərhələsinə vəsiqəni təmin edib. G qrupunda isə Polşa Şimali Makedoniyanı məğlub edərək buna nail olub.

AVRO-2020

Seçmə mərhələ, VIII tur

13 oktyabr

C qrupu

20:00. Belarus - Hollandiya - 1:2

Qollar: Stanislav Draqun, 54 - Jorjinyo Veynaldum, 32; 41

22:45. Estoniya - Almaniya - 0:3

Qol: İlkay Gündoğan, 52, 57. Timo Verner, 71

Xal durumu: Hollandiya - 15 xal (6 oyuna), Almaniya - 15 (6), Şimali İrlandiya - 12 (6), Belarus - 4 (7), Estoniya - 1 (7).

E qrupu

20:00. Macarıstan - Azərbaycan - 1:0

Qol: Mihay Korhut, 10

22:45. Uels - Xorvatiya - 1:1

Qol: Qaret Beyl, 45 - Nikola Vlasiç, 9

Xal durumu: Xorvatiya - 14 xal (7 oyuna), Macarıstan - 12 (7), Slovakiya - 10 (6), Uels - 8 (6), Azərbaycan - 1 (6).

G qrupu

22:45. Polşa - Şimali Makedoniya - 2:0

Qol: Przemyslav Frankovski, 74/ Arkadiusz Milik? 80

22:45. Sloveniya - Avstriya - 0:1

Qol: Stefan Poş, 21

Xal durumu: Polşa - 19 xal (8 oyuna), Avstriya - 16 (8), Şimali Makedoniya - 11 (8), Sloveniya - 11 (8), İsrail - 8 (7), Latviya - 0 (7).

İ qrupu

17:00. Qazaxıstan - Belçika - 0:2

Qollar: Mişi Batşuayi, 21. Tomas Mönyö, 53

20:00. Kipr - Rusiya - 0:5

Qollar: Denis Çerışev, 9. 90 Maqomed Ozdoyev, 23. Artem Dzyuba, 79. Aleksandr Qolovin, 89.

Qırmızı vərəqə: Kostas Layfis, 28 (Kipr)

20:00. Şotlandiya - San Marino - 6:0

Qollar: Con MakGinn, 12; 27; 45+1. Lourens Şenklend, 65. Stüart Findley, 67. Stuart Armstronq, 86

Xal durumu: Belçika - 24 xal (8 oyuna), Rusiya - 21 (8), Kipr - 10 (8), Şotlandiya - 9 (8), Qazaxıstan - 7 (8), San Marino - 0 (8).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar