Bakıda Türk Şurası XİN başçılarının görüşü başlayıb

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası başlayıb.

"Report" xəbər verir ki, nazirlərin bu görüşü oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci sammitinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Bakıda Özbəkistanın təşkilata daxil olması, xüsusən də Budapeştdə Türk Şurasının Avropa ofisinin fəaliyyətinə dair qərarların qəbul edilməsi gözlənilir.

Sammit çərçivəsində TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası kimi qurumların fəaliyyətlərinin əlaqələndirilməsini təmin edən Türk Şurasının Koordinasiya Komitəsinin yaradılması barədə də qərar qəbul ediləcək.

635x100

Şərhlər

fikrət 2019-10-14 11:11:24

mənə cox maraqlidi elmar məmmədyarov hansi dili bilir hansi dildə danişacaq və onu qonaqlar başa düşəcəklər ??

Son yazılar