"Ermənistan layihələrdən kənarda qalacaq" - Davutoğlu

Bakıda rəsmi səfərdə olan Türkiyə baş naziri Ahmet Davutoğlu prezident İlham Əliyevlə bir saat davam edən görüşdən sonra mətbuat konfransı keçirib.

Türkiyə nazirinin sözlərinə görə, son 10-12 il ərzində hər iki ölkə həddindən artıq əhəmiyyətli hesab oluna biləcək bir çox birgə layihələr həyata keçirib.

O, bu layihələri bütün bitişik regionlara sülh gətirən layihələr adlandırıb. Azərbaycandan neft-qaz boru kəmərləri Qafqazı Aralıq Dənizi ilə birləşdirir.

TANAP Anadolu vasitəsilə Qafqazı Balkanlarla birləşdirəcək, Bakı-Qars dəmir yolu isə Marmara dənizinin altından keçən tunel vasitəsilə Pekini Londonla birləşdirəcək, deyə o bildirib.

17-18 mart 2015-ci ildə Çanakkale şəhərində TANAP-ın Anadolu hissəsinin bünövrəsinin qoyulması mərasimi keçiriləcək.

“Təəssüf ki, bütün ölkələr əməkdaşlığın faydasını dərk edib bizə qoşula bilmir”, deyə Türkiyə naziri bildirib.

Qarabağ probleminə toxunan Davutoğlu qeyd edib ki, Ermənistanın təcavüzü davam etdiyi müddətcə bu ölkə bütün layihələrdən kənarda qalacaq.

“Azərbaycanın ərazi bütövlüyünə hörmət olunsa, sülhə nail olunsa, Ermənistan bu layihədən faydalana bilər.

“Azərbaycan son qarış torpağını azad edənə qədər Türkiyə Azərbaycanın yanında olacaq”, deyə Davutoğlu bəyan edib.

İkitərəfli münasibətlərə toxunan nazir deyib ki, hazırda Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi 5 mlrd. dollar təşkil edir, 2023-cü ilə qədər isə bu rəqəm 15 mlrd. dollara çatacaq.

Türkiyəli baş nazir həmçinin bildirib ki, İlham Əliyevlə təkbətək görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında danışılıb. Hər iki tərəf bu sahədə birgə layihələrin genişləndirilməsi niyyətindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar