Dəyərindən artıq pul ödədiyimiz mallar və xidmətlər – SİYAHI

Bazar iqtisadiyyatında proseslər tələb-təklif prinsipinə əsaslandığına görə, bir məhsulun daimi olaraq həddən artıq bahalaşması mümkün deyil, dərhal alternativ təchizatçılar yaranır və qazanc marjası normal səviyyələrə enir.

Amma bəzi sahələrdə, xüsusilə də istehlak sektorunda, bir sıra mallar və xidmətlər ənənəvi olaraq maya dəyərindən qat-qat artıq qiymətə təklif edilir.

Fed.az marketinq araşdırmalarına əsasən həmin malları və xidmətləri təqdim edir:

1. Mobil telefonlar

Araşdırmalar göstərir ki, «İphone» istifadəçiləri 120%, «Samsung» istifadəçiləri 138%, «Huawei» istifadəçiləri 206%, «Google Pixel» istifadəçiləri 167% artıq pul ödəyirlər.

2. Popkorn.

Necə deyərlər, kinoya gedən yol popkorndan keçir. Amma popkorn «sənayesi»nin içərisinə baxanda hər şey çox sadədir – xüsusi aparata (bəzən sadəcə qızdırılmış tavaya) bir ovuc qarğıdalı atılır və məhsul hazırdır. Müştəri heç hiss etmir ki, ləzzətlə yediyi popkorn-a dəyərindən 1000% artıq pul ödəyib.

3. Geyim və ayaqqabı brendləri

Bu sahədə istehlakçılar brendə əlavə olaraq 500-700% artıq pul ödəməli olurlar.

4. Dəvətnamələr və təbrik kartları.

Xüsusi günlər üçün nəzərdə tutulan xoş ənənənin simvolları - dəvətnamə və təbrik kartlarına 200% artıq pul ödənilir.

5. Butulkadakı sular

Marketoloqların səyləri nəticəsində biz artıq çoxdandır ki, su kranlarından su içmək davranışlarını tərk etmişik. Elə buna görə də məhsulun dəyərindən dəfələrlə artıq pullar xərcləməli oluruq, təqribən 400-500% artıq.

6. Restoran və kafelər

Restoran və kafelərdə dəyərinldən qat-qat artıq ödəniş edildiyi xüsusi araşdırma olmadan da zamıya məlumdur. Fərq sadəcə məhsulların növündədir. Belə ki, xörəklərə görə 200-250%, şirələr və sulara görə 450-1000%, 1 stəkan pivə üçün 400-500% artıq ödəniş edilir. Ona görə də restoranda sifariş verəndə xəbəriniz olsun ki, ofisiantlar sizin «nə yeyəcəksiniz?» deyil, «nə içəcəksiniz?» sualına cavabınızı daha səbirsizliklə gözləyirlər.

Şərhlər

t.ədalət 2019-10-14 10:30:19

Faktiki vəziyyəti sadalamaqla iş bitmir.Əhalisinin vəziyyətini nəzərə alan ölkələr hər şeyin artımla satılmasına səbəb olan gömrük sahəsində islahatlar keçirir.Vəhşiləşmiş rüsum ödənişləri sadələşdirilir,kommersiya strukturlarının ölkəyə gətirdiyi malların qiyməti ilə istehsalçı ölkələrin qiyməti arasındakı fərq malların üzərində qeyd olunur.Bundan başqa vəhşiləşmiş cərimə metodu ilə yollarda "sarı tor"lar qurub əhalinin cərimələrlə hüquqlarının tapdanmasına da son verilməlidir.

Son yazılar