Ali Məhkəmənin kollegiya sədri vətəndaşları qəbul edəcək

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 18-də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Masallıda vətəndaşları qəbul edəcək.

Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulu Masallı Rayon Məhkəməsində (ünvan: Masallı şəhəri, Heydər Əliyev prospekti, 87) saat 11:00 başlanacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Masallı Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455485 əlaqə nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar