ŞÖBƏ MÜDİRİ BOŞ ZALIN QARŞISINDA 1 SAAT DANIŞDI! - Rüsvayçılıq (FOTO)

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Polşada, ATƏT-in tədbiri zamanı boş zalın qarşısında 1 saat şıxış edərək, onu videoya çəkdirib.

"AzPolitika.info" xəbər verir ki, biabırçı "tədbirin" şahidi olan jurnalist Səbuhi Abbasov bu haqda məlumat verib. Jurnalist bununla bağlı özünün "Facebook" profilində yazır:

"Deməli, Polşada ATƏT-in tədbirində ayrı-ayrı zallarda paralel tədbirlər ("side event") keçirilir. Belə tədbirlər bir dövlətin mühüm mesajlarının Avropaya çatdırılması baxımından çox əhəmiyyətlidir. 20-27 sentyabr tarixlərində azı 6 "side event"də iştirak etdim. Ən ağrılı, acılı isə isə bizim ölkənin tədbiri oldu. Deməli, 200 nəfərlik zal icarəyə götürülüb (1 saatı 550 avro), azı 100 nəfərlik yemək masası açılıb, əlavə videoçəkən və fotoqraf kirayələnib. Sizcə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi tərəfindən bu qədər xərc çəkilən 1 saatlıq tədbirə neçə nəfər qatılıb? Fotodan da yəqin görürsünüz: Cəmi 2 nəfər!

"Bu biabırçılığa susmaq xəyanətdir", deyə davam edən S.Abbasov ən heyrətamiz məqamı vurğulayır: "Təsəvvür edin, mən gələndən sonra içəridə cəmi 3 nəfər oldu. Heyrət etdiyim məqam bilirsiniz hansı oldu? Etibar Nəcəfov düz 1 saat kameraya baxaraq danışdı, Azərbaycan haqq səsini dünyaya "çatdırdı". Ola bilsin həmin situasiyada elə ən düzünü Etibar Nəcəfov elədi. Ancaq şəxsən mən olsaydım xəcalətdən tədbiri təxirə salardım. 1 saat boş zalda, kameraya niyə danışım ki? Guya bu videoya baxıb, hesabatı qəbul edən soruşmayacaqmı, ay bala, zalı da göstər?... Bəli, o zala ATƏT Sammitinin iştirakçılarından yığmaq olduqca asan idi. Ən azı bufetdə zaman keçirən QHT və media nümayəndələrini təamlara görə dəvət edirsən, qaça-qaça gəlirlər. 200 yer dolur, üstəgəl 100 adam da ayaqüstə qalır. Əlbəttə, mən tədbirin niyə belə biabırçı keçməsini soruşdum. Etibar Nəvəfov və Polşa səfirliyində işləyən Fidan xanım qeyd etdi ki, biz bir neçə gün əvvəl tədbirlə bağlı flayerlər dağıtmışıq. Yəni tutar qatıq, tutmaz ayran".

Şöbə müdirinin "möhtəşəm tədbirindən" fotoları təqdim edirik:

635x100

Şərhlər

sual 2019-10-14 11:47:58

He olmasa Eldar Həsənov bu zalda olmaliydi şoferi öməkcisi dostu qonşusu nə olur ya?

AMİN 2019-10-14 11:47:58

Görəsən ezamiyyət pulu,məmurun qalması,yemək-içməyi yol pulu və zalın kirayə edilməsi Azərbayçan hökumətinə neçəyə başa gəlib? Prezident çıxışında bax belə məsələləri də nəzərdə tutur.

Mahir 2019-10-14 11:47:58

Belə biabrçılıqlar tez-tez olur, sadəcə olaraq, bakıdakılar bundan agah deyildirlır. Xaricdəki səfirliklərimizin keçirdiyi “möhtəşəm” tədbirlərə dair Aztv və Azərtac-da verilən xəbər və reportajlar yalanlarla dolu olur, guya tedbirde yüzlere adam iştirak edibmiş, yerli ictimaiyyət qarabağı azərbaycanın ərazisi sayırmış və buna bənzər yalanlar... polşada baş vermiş biabrçılıqda isə Səfirlik birbaşa məsuliyyət daşıyır.

turan 2019-10-14 11:47:58

İndi də heç kimə lazım olmayan başa düşülməyən bu multikulturalizm sözünü (oyununu) atıblar ortaya ..kimə lazımdır sənin multikultu-n.

Əliyev F. 2019-10-14 11:47:58

Nəhayət ki, Səbuhi də haqsızlığa dözmədi.Deməli günəş başqa terdən doğub.

EJDER 2019-10-14 11:47:58

AYE,MALADES,,BRAVO,,KAPITAL,,HER WEYIMIZ ELE YALAN PALANDU,LUKAWENKO CANI

oxucu 2019-10-14 11:47:58

Bir rus kinosu yadıma düşdü "Вокзал для двоих". biabırçılıqdır bu.

Alı 2019-10-14 11:47:58

Paradoksal vəziyyət yaradıblar vallah.Yaşlılara köhnə düşüncəlidir deyib cəmdəklərinə tüpürürük.Avropa düşüncəli, avropa savadlıları da vəzifəyə gətirirlər onlarda super ...olur...

vuqar 2019-10-14 11:47:58

Meqsedlerine catib o iki nefer desek yanilmariq! Arif adama bir isare besdi.

miri 2019-10-14 11:47:58

İki nəfər dinləyici üçün iki nəfər məruzəçi ilə multikultural komik hekayəni ancaq siz söyləyə bilərsiniz. Bəsdirin,siyasətdən əl çəkin, gedin elə komik janrdaki bacarığınızı səfərbər edin.

ABULFAT 2019-10-14 11:47:58

biz bele şeylere heyretlenmirik.Ora Polşadır yoxsa zal dolu olardı.

Mehman 2019-10-14 11:47:58

Boş salon, boş mövzu, boş adam,boş bekar məmurlar. Avropalılar boş bekar deyillər ki, boş boş işlər ilə məşgul olsunlar.

dadaşyev 2019-10-14 11:47:58

Əsas məsələ "ptiçka" qoymaqdı.Azəricəsi "quş qoymaq".Yəni getdin danışdınmı?Danışdım.Demək bu işi də gördük.Qabağından bir quş qoy,qarışmasın.

Cavad 2019-10-14 11:47:58

Muti kulturla baş girləyənlərə hələ bu da azdır. Ay başabəlalar,əvvəlcə mədəniyyəti anlayın,sonra kultura keçin. Bu multikulturalizm nədir,kimə gərəkdir və millətin başını qatmaq vasitəsidirsə artıq millət də anlayıb ki,bu millətə gərək olmayan utopiyadır.Hələ bir Prezident Administrasiyasında belə şöbə də yaradıblar.Görün işinizin nəticəsini vəə bir az ağıllanın.

Oqtay 2019-10-14 11:47:58

Kimə lazımdır bu multikulturalizm .Erməni millətçidir işidə xod gedir elə bizdə millətçiyik ürəyimizdə zorla bizə bu multikultyralizmi soxurlar Bir kəndə sosializmdən məruzəçi gəlir kəndi yığırlar məruzəçi çıxır boçkanın üstünə başlayır. 0,5 saatdan sonra hamı dağılışır bir qoca qalir.Məruzəçi deyir sən qoca deyəsən kənddə ən ağıllısan.Qoca deyir mən sən üstünə çıxdığın boçkanı gözləyirəm o mənimdir aparasıyam.İndi həmin zaldakı 2 nəfər də zalı bağlayası imişlər zalın boşalmasını gözləyirmişlər

Son yazılar