Beynəlxalq Enerji Agentliyindən neft ilə bağlı bədbin proqnoz

Beynəlxalq Enerji Agentliyi (UEA) qlobal neft tələbinin artmasına dair proqnozunu azaldıb.

"Marja" xəbər verir ki, UEA qlobal neft tələbi artımına dair proqnozunu 2019 və 2020-ci illər üçün gündəlik 100 min barel azaldıb.

Qısası, qlobal iqtisadiyyatın pisləşməsi ilə əlaqədar olaraq neftə tələbin azalacağı gözlənilir.

Xəbərin ardından Brent neftinin qiyməti yenidən 60 dollardan aşağı düşüb. Bakı vaxtı ilə saat 10:25-də Brent nefti 1%-ə yaxın ucuzlaşma ilə 59,88 dollarda alıcı tapıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar