BNA “Bravo”ya qarşı? – Marketə avtomobillə gələnlər cərimələnir

Xalq artisti Aybəniz Haşımova Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevə etirazını bildirib.

Mais Ağayevin bu günlərdə İctimai Televiziyada qatıldığı verilişdə söylədiyi “Aybəniz Haşımova statusunu yanıldığı üçün sildi” cümləsi xalq artistinin qəzəbinə səbəb olub.

“O gün BNA haqqında yazdığım statusun paylaşımından dərhal sonra, hörmətli Mais bəy mənə telefon edərək, şikayətimlə maraqlandı və Mais bəyin məsələ ilə bağlı maraqlanacağına güvənərək, statusun altında yazılan rəylər onu narahat etdiyinə görə, yazdığım statusu pozdum. Sırf sizi öncədən, sevimli İTV-nin keçmiş əməkdaşı olduğunuz üçün sizə xatir pozdum. İndi mənə göndərilən videoya baxıb görürəm ki, İctimai TV-də deyirsiniz ki, Aybəniz xanım yazdığı statusunu yanıldığı üçün silib.

Bravo marketin qarşısında yazılan qeyri-qanuni cərimədən söhbət gedirdi və siz də dediniz ki, araşdırıb məsələyə aydınlıq gətirəcəksiniz. Məsələ cərimə olunan 20 manat dərdi deyil. Əgər Bravo marketin, yaxud da digər marketlərin qarşısında maşın saxlamağa qadağanız varsa, onda zəhmət olmasa, bunu insanlara bildirin. İnsanlar da bilsin ki, Bravo marketdən alış-veriş etmək üçün yalnız taksi xidmətindən istifadə etməlidir, öz şəxsi maşınından yox. O ki, qaldı nümunə olmağa, Siz deyəsən, məni indiyə kimi heç tanımamısınız. Favorit və Bravo marketin qabağında ödəniş aparatı qoyulub və marketə daxil olan insanlar ödəniş edir, amma evlərinə çatmamış artıq BNA-dan cəriməsi gəlir adamın telefonuna. Bunu necə başa düşək? O zaman əgər o yerlərdə maşın saxlamağa qadağa varsa, onda zəhmət olmasa bunu bildirən işarə qoyulsun”

Qeyd edək ki, bu günlərdə məhəllədə saxladığı avtomobili cərimələnən xalq artisti bununla bağlı sosial şəbəkədə etiraz statusu yazmış və bir neçə dəqiqə sonra statusu səhifəsindən silmişdi. /"BakuPost"

635x100

Şərhlər

helime 2019-10-14 11:24:11

Mashinla shehere chixmagimiza peshman edirler.Neye gore marketlerin qabaginda dayanacaqlar odenishli olmalidir?Niye?Men ,eger,40 qepiye chorek alacagamsa,niye parkinqe 50 qep odemeliyem?Niye cerimelenmeliyem? Peshmansan bir yerde 5 deq mashini saxlayasan.Saxlayan kimi,bir stoyanshik peyda olur adamin bashinin ustunde.Zehmet chekin,sheherdee choxlu sayda parkinq yaradin,ondan sonra cerimeleyin.Parkkinqler yox,bir bosh yer tapan kimi,tez bir bina peyda olur orda.Sonrada milleti bogaza yigirlar cerimelerle.

AAgahuseyn 2019-10-14 11:24:11

BNA-Lap aq ediblər tualet yanında saxlayıb ora ğirirsən cıxanda cərmə ğəlir.Belə cıxır BNA-..... də sayqac quraşdırıb pul yıqacaqlar...

dadaşyev 2019-10-14 11:24:11

Sevimli Aybəniz xanım,hamılıqla velosipedə keçsək yaxşı olar.O boyda Pekində 50 milyon adam var,amma küçələr bomboşdu,qətiyyən tıxac-filan olmur,çünki nəqliyyatın bəlkə də 80 faizi velosipedlər,mopedlərdi.QAİşniklər də saxlamır onları,cərimələmir,canlarını boğazlarına yığmır,çünki nömrələri,texpasportları olmur velosipedlərin,mopedlərin.Prava da lazım deyil.Vallah ürəkdən deyirəm.Görün onda bu yollara Koroğlu dəliləri kimi səpələnmiş qaişniklər yol-irizdən çəkilir ya yox.

Son yazılar