"RUSİYADA İŞLƏYƏN AZƏRBAYCANLILAR DSMF-yə VƏSAİT ÖDƏMƏLİDİR" - Deputat

"Rusiyada çox sayda azərbaycanlılar işləyir və onlar Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsaitlər ödəməlidir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Rusiya və digər ölkələrdə toplanan əmək stajı dövlətlərarası konvensiyada olsa da, Rusiya tərəfindən ratifikasiya olunmayıb: "Həmin ölkələrdə əmək stajı staj kimi qəbul olunmur. Ona görə də insanların orada uzun müddət işləməsi və əmək haqqı alması sonda onun pensiyasına təsir etmir. Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq, bu məsələdə qarşılıqlı addımlar atmalıyıq".

Şərhlər

Azər məlim 2019-10-14 11:27:34

Allah qoysa vaxtı catanda sizin obyektlərinizi satıb rahat rahat DSMFyə ödəyəgəyik inanın şupəniz olmasın!

mühəndis 2019-10-14 11:27:34

Ay Hadı,bir düşünə bilirsənmi ki, Rusiyaya,Türkiyə,irana,hətta Afrikaya işləmək üçün gedən Azərbaycan vətəndaşları ölkədəki işsizlikdən,sahibsizlikdən bezib xaricdə işləməyə məcbur olublr.Hanı sənin 20-30 min adam işləyən fabrik-zavodların? Niyə sabotaj edib onlrı dağıtdınız?Ölkədə adö bir corab,alt paltarı istehsal edilmir.Pmbığı xammal kimi xaricə satırsınız.Bəs Bakının Tağıyev ( 42 min işçi),Mingəçevirin tekstil kom.( 12 min işçi).Gəncə tekstil,tikiş fabrikləri hanı? Bunlardan danış!

Hadi Rəcəbliyə 2019-10-14 11:27:34

ALLAH səni biabır etsin.sənin firmaların işləyir büccədən su sənincün axıx.

Pensiyaçı 2019-10-14 11:27:34

1 qalanın sirri filmində Hadı cəsur,ağıllı olur.Bıdı isə qorxaq,tənbəl.Bunun adını səhvən qoyublar,elə Bıdıdır ki var.Bu deyir ki,RF-da yaşayanlar DSMFna ödəniş etmirlər,odur pensiya yaşı çatanda pensiya almazlar.1.sən elə bilirsən pensiya yaşınadək sağ qalmaq asan işdir?2.Guya pensiya alsalar 200 man,ona yaşaya bilərlər?3.Sənin yazdığın qanuna görə onların valideyinləri acından ölməsin deyə,DSMF əvəzinə onlara pul göndərirlər,yəni ünvanlı.Yoxsa ümumi qazana töküb özünə 3000,bunların ata-anasına 200verərsən

memmed 2019-10-14 11:27:34

HADI KI HADI! AY MELLIM NIYE OZUNUZU BIABIR EDIRSINIZ BILMEDIYINIZ SEYI VEYA BASA DUSMEDIYINIZ SEY HAQQINDA NECE MUSAHIBE VERE BILERSINIZ!BILESINIZKI RESPUBLIKADAN KENARDA YASAYAN SOYDASLAMIZIN BOYUK EKSERIYYETI OLKEDEN NARAZI GEDENLERDI HELE BIR IS TAPSINLAR ODA QALSIN DSMF.E VESAIT ODEMEK! SIZIN KIMI ADAMLARA ALLAH O QEDER VAR DOVLET BEXS EDIB ONLARIN EVEZINDEN SIZIN KIMILER ODESE DAHA YAXSI OLMAZMI? HEYRET BIR SEY! SAVADI QABILIYYETI BU SEVIYYEDE OLAN INSANLARIN RESPUBLIKAMIZDA SAYI KIFAYET QEDERDIR!

Son yazılar