“Oğlum hər gün Bakı-Sumqayıt qatarı ilə işə gedib-gəlir” - DEPUTAT

“Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar dəmir yolunda da özünü göstərir. Bu sahədə aparılan inqilabi dəyişikliklər göz önündədir”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.

O, bildirib ki, 2017-ci ildə Bakı-Tbilisi Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Azərbaycan daha bir tarixi hadisəyə imza atmış oldu: “Bu hadisə bütün dünya ictimaiyyətinin diqqətini cəlb edib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması yeni bir tarixin yazılmasıdır. 10 il ərzində ərsəyə gələn bu layihə nəticə etibarı ilə Avropa ilə Asiya arasında yük daşımalarına son dərəcə ciddi təsir göstərməkdədir. Bu çox mühüm bir hadisədir. Bu cür işlərə ancaq sevinmək olar”.

İmamverdi İsmayılov qeyd edib ki, dəmir yolu sahəsində əldə edilən uğurlarda Cavid Qurbanovun böyük əməyi var: “Cavid Qurbanov harada işləyibsə, hər zaman Azərbaycan dövlətinə, millətinə xidmət edib. Onun "Azərbaycan Dəmir Yolları"nda gördüyü işlər göz qarşısındadır. Azərbaycan "Azərbaycan Dəmir Yolları"nda aparılan islahatlar, bayaq söhbət açdığım Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi, Bakı-Gəncə sürət qatarı, Bakı-Sumqayıt qatarı, Bakı kəndlərini birləşdirən dairəvi dəmir yolunun çəkilməsi kimi bir çox işlər görülüb. Cavid Qurbanov millət vəkili kimi də çox aktivdir, əhalinin xeyrinə olan məsələləri hər zaman gündəmə gətirir. Sürət qatarlarından söz düşmüşkən, onu deyə bilərəm ki, sürət qatarlarındakı komfort sərnişinlərin rahat istirahətinə şərait yaradır. Bir haşiyə çıxım: mənim kiçik oğlum da Bakı-Sumqayıt qatarından istifadə edir. O, hər gün dostları ilə Sumqayıtdan Bakıya sürət qatarında işə gedib-gəlir. Gün ərzində 4 manat pul xərcləyirlər. Sürət qatarı rahat və keyfiyyətli olmaqla yanaşı, həm də insanları vaxt itkisinə də məruz qoymur. Bütün bunlar onu deməyə əsas verir ki, “Azərbaycan Dəmir yolları”nın çox ciddi perspektivləri var. Xüsusilə, Cavid Qurbanov bu sahəyə rəhbərlik edəndən bəri inqlabi sıçrayışlar göz qabağındadır”.

Şərhlər

Ərəstun 2019-10-14 12:20:28

Yaltaqlığın təcəssümü!Bunu ömürlük deputat etmək lazımdır.Cavid bəy öz qohumlarına İmanverəni tapşırar.Bu boyda yalan və yaltaqlığın nticəsi olmalıdır də!Ay kişi,Cavid bəy vaqonu yolda "itirir",heç kim soruşmur ki,necə oldu.Sən doğru "dayı" seçmisən "İmanlıı" deputat!

vuqar 2019-10-14 12:20:28

IMAMVERDI MELLIMIN 100% CAVID QURBANOVA ISI DUSUB! SEN CALDIN AY IMAMVERDI!

Son yazılar