Türkiyə ordusu 2 rayon, 1 qəsəbə və 56 kəndi terrorçulardan təmizləyib

Türkiyə Silahlı Qüvvələri “Barış bulağı” hərəkatı çərçivəsində Suriyanın şimalında 2 rayon, 1 qəsəbə və 56 kəndi nəzarətə götürüb.

APA-nın yerli bürosunun xəbərinə görə, “Barış bulağı” hərəkatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri 2 rayon, 1 qəsəbə və 56 kəndi PKK/PYD-YPG terrorçularından təmizləyib.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə ordusu Suriyanın şimalında “Barış bulağı” hərbi əməliyyatlarına başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar