«İran Ər-Riyadla danışıqlara hazırdır» - XİN

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının (İİR) Xarici İşlər Nazirliyi (XİN) oktyabrın 12-də bəyan edib ki, Tehran özünün bölgəsel rəqibi Səudiyyə Ərəbistanı (SƏ) ilə danışıqlara başlamağa hazırdır - vasitəçilərin köməyi ilə və ya onlarsız. Bəyanat Pakistanın Baş naziri İmran Xanın İrana səfəri ərəfəsində səslənib.

Belə bir fikir var ki, yüksək çinli qonaq İİR və SƏ arasında vasitəçi qismində çıxış etməyə cəhd göstərə bilər. Bu barədə İİR xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib ki, hansısa vasitəçilik barədə məlumatsızdır. "İran elan edib ki, istənilən anlaşılmazlıqdan qaçmaq üçün vasitəçilərin köməyi ilə və ya onlarsız öz qonşuları ilə o cümlədən, SƏ ilə danışıqlar aparmağa həmişə hazırdır" - deyə, Musəvi əlavə edib.

Ötən həftə İİR-nın xarici işlər naziri Mohəmməd Cavad Zərif işarə vurub ki, onun ölkəsi Səudiyyə Ərəbistanı ilə bölgəsel problemləri müzakirə etməyə hazırdır, ancaq bunun üçün «Ər-Rİyad insanları öldürməyə son qoymalıdır».

Xəbər verilir ki, Rusiya da İranı və Səudiyyəni Suriya ərazisindən qarşıdurma meydanı kimi istifadə etməməyə çağırıb. Belə çağırışı prezident Vladimir Putin oktyabrın 3-də «Valday» Beynəlxalq diskusiya klubunun plenar sessiyasında səsləndirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar