ADİHİ rəhbəri Avropa Demokratiya İnstitutunun prezidenti ilə görüşüb

Əhməd Şahidov EID təşkilatının prezidenti xanım Dorota Mitrus ilə müzakirələr aparıb

Sentyabrın 19-da Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Polşanın paytaxtı Varşava şəhərində Avropa Demokratiya İnstitutunun prezidenti xanım Dorota Mitrus ilə görüşdü. Rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verən Əhməd Şahidov Azərbaycanda demokratiya və insan haqlarının vəziyyəti haqqında da danışdı.

Azərbaycandakı vəziyyəti diqqətdə saxladıqlarını bildirən xanım Dorota Mitrus bir-neçə dəfə Bakıya səfər etdiyini və müxtəlif dairələrlə görüşlər keçirdiyini də bildirdi. ADİHİ-nin yeni fəaliyyətə başladığını öyrənən EID prezidenti gələcək fəaliyyətində bu quruma hərtərəfli dəstək verəcəklərini vurğuladı. Görüş zamanı ADİHİ ilə EID arasında əməkdaşlıq məsələləri müzakirə olundu və birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəlindi.

Sonda xanım Dorota Mitrus Ukraynada baş verən hadisələrə diqqəti çəkərək, Avropa ölkələrinin Rusiyanın son fəaliyyətindən narahatlıq keçirdiyini bildirdi və ölkələrin ərazi bütövlüyünün beynəlxalq hüququn ayrılmaz tərkib hissəsi olduğunu qeyd etdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar