“Qızlarına qarşı seksual zorakılıq edib...” - Xaçaturyan barədə ekspertiza rəyi açıqlanıb

Ötən ilin yayında Moskvada öz doğma qızları tərəfindən amansızlıqla qətlə yetirilən erməni iş adamı Mixail Xaçaturyan barədə tibbi ekspert rəyi açıqlanıb. “AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, ekspertiza Xaçaturyanın hadisə zamanı anlaqlı vəziyyətdə olduğunu, eləcə də ümumilikdə alkoqol və narkotik düşkünlüyündən əziyyət çəkmədiyini müəyyən edib.

Lakin kifayət qədər ziddiyyətli olan və birmənalı qarşılanmayan ekspertiza rəyində göstərilir ki, M.Xaçaturyan öz doğma qızlarına qarşı “seksual zorakılığa yol verib və azyaşlılara qarşı marağı olub”. Lakin rəydə onun konkret olaraq kimlərə maraq göstərdiyi və hansı əməllərə yol verdiyi barədə heç nə deyilmir. Ekspertiza həmçinin müəyyən edib ki, erməni iş adamı potoloji olaraq qadınlara nifrət edib, onları alçaltmaqdan, hədələməkdən və s. zorakılıq hərəkətlərindən xoşu gəlib. Ancaq bununlıa yanaşı onun əqli zəiflikdən, yaxud hansısa psixi xəstəlikdən əziyyət çəkmədiyi müəyyən olunub.

Qeyd edək ki, atalarına çoxsaylı bıçaq zərbələri endirməklə onu xüsusi amansızlıqla qətlə yetirən 3 qız barədə cinayət işi açılaraq, həbs olunsalar da, Rusiyada böyük əks-sədaya səbəb olan bu hadisəyə münsibət birmənalı deyil.

Xaçaturyanın qohumları hesab edirlər ki, erməni iş adamı qızlarının əxlaqsız davranışlarına görə onlara təzyiq göstərib. Buna görə də qızları onu qətlə yetiriblər. Lakin qızları müdafiə edənlər də kifayət qədər çoxdur və ehtimal olunur ki, bu ziddiyyətli ekspert rəyi də öz atalarını qanına qəltan edən qızların bəraət almasına, yaxud cəzalarının yüngülləşdirilməsinə xidmət edir.

635x100

Şərhlər

yalçın 2019-10-14 15:06:59

qurumsaqlığın son həddi..gör bu ölkədə kimlər milyonçu-oliqarx olur...şərin o tayı..

Son yazılar